Ey insan!

Bezmədinmi mənasiz yaşamaqdan?

Heyvan kimi avarə fırlanmaqdan?

Düşündünmü bir kərə ölümünü,

Əzraillə salamlaşma gününü.

yəqin, qəribədir bu sözlər sənə,

Belə sual çox gülməlidir sənə.

Amma bil ki,dünya fani dünyadır,

Dünya xoşbəxtliyi boş bir xülyadır.

Əcəlin yetişər, bir gün ölərsən,

Bu dünyada…o dünyaya köçərsən!

Çıxarsan sən də Allahın önünə

Düşün, ağla indidən üz gününə!

Bir fikirləş nə ilə getdin yanına?

Cavab ver etdiyin günahlarına!

Bunlar yalan deyil bir həqiqətdir.

Düşünən insana xoş nəsihətdir!

Hələ ki gec deyil ayıl, ey insan!

Burax şübhələri Allaha inan!

Qaldır əllərini..gəl tövbə elə,

Rəhməti bol olana dualar elə

Burax günahları ..İslama yapış.

Şeytana yox.. sən gəl Allaha çalış!

İbadət et.. Sən зox məmnun olarsan,

Hər iki cahanda xoşbəxt olarsan!!!

http://sayt.ws/eshqem/index.php


more post like this