Cavab: Həccı vacib olan şəraitlərindən biri də bədənin hazırlığıdır. (sağlamlığı); yəni həccə getmək və həcc əməllərini yerinə yetirmək üçün hazır olub heç bir çətinliklə üzləşməsin. Əgər həcc sizin əriniz üçün bu qədər çətin və daha çox çətinliklə qarşılaşacaqsa, həcc ona vacib deyildir. Amma əgər əvvəlki illərdə, bu xəstəliyə düçar olmadığı vaxt həcc ona vacib olmuşdursa, amma o bu işdə səhlənkarlıq edərək onu yerinə yetirməyibdirsə, həcc onun üçün davamlı olaraq onun üçün qalmışdır və onu vacibdir ki, yerinə yetirsin.
Amma o çətinliklər ki, əriniz haqqında açıqladınız, bunu nəzərə alaraq, bunlar o qədər də çətin deyildir ki, ona dözülməz olsun. Sizin əriniz Allaha təvəkkül edib, bir nəfər köməkçiylə öz haqq əməlini yerinə yetirə bilər. İnşaallah ki, heç bir çətinliklə qarşılaşmaz.
Həccin vacib olan şəraitlərindən biri də bədənin hazır olmasıdır; yəni, insanın həcc əməllərini yerinə yetirməkdə heç bir çətinliyə məruz qalmamasıdır. Həzrət İmam Xumeyni (rəh) bu məsələdə deyir: “Həccin vacib olmasında şərtdir ki, bədən sağlamlığı, yolun açıq olması və vaxtın olması. Bəs bir xəstə ki, həccə getməyə qüdrəti çatmır və ya onun üçün çox çətindir, ona vacib deyildir; və o şəxs ki, yol onun üçün açıq deyil və ya vaxt azdır, əgər getsə həcc mərasiminə çatmayacaq, belə bir halda da getməsi vacib deyildir”.
Bunun üçün də əgər həccə getmək sizin əriniz üçün də çətin və dözülməz çətinliklər yaradırsa, həcc ona vacib olmuş, amma əgər, əvvəlki illərdə ki, bu xəstəliyə düçar olmamışdı və həcc ona vacib olmuşdur, ama onu yerinə yetirməkdə səhlənkarlıq (diqqətsizlik) etmişdir və yerinə yetirməyib, indi də həcc onun boynundadır və onu yerinə yetirməsi vacibdir. Həzrət imam Xumeyni (rəh) bu haqda deyir: Əgər şərait olan halda həcci tərk etmişdirsə, həcc onun boynundadır və sonradan onu hər hansı bir yolla olarsa, həccə getməlidir”.
Əlbəttə bunu da qeyd etmək lazımdır ki, həcc əməlləri arasında yalnız təvaf və təvaf namazında təharət (paklıq) şərtdir və həccin digər əməllərində yəni ehram, səy, təqsir (saçın qısaldılması) ərəfat məşər və Minada qalmaq, cəməratda daş atmaq və qurbanlıqda təharətə (paklığa) ehtiyac yoxdur, beləliklə təvaf zamanı təkərli stula ehtiyac duyulması o qədər də çətin deyildir. Amma o çətinliklər ki, nəzərə alsaq, siz ərinizin haqında açıqladınız (ki, hər yarım saatdan bir tualetə getməsi lazımdır və təkərli stulla əməllərini yerinə yetirməlidir) bunlar dözülməz çətinliklər hesab olunmur ki, onun həccin vacib olmasına mane olsun. Sizin əriniz edə bilər ki, Allaha təvəkül edərək, bir köməkçiylə, öz həccini yerinə yetirsin, inşaallah bu tərəfdən heç bir çətinliklə qarşılaşmaz.
Son nəticədə əgər təvaf və təvaf namazı ki, təharət (paklığa) onlarda şərtdir, özü yerinə yetirə bilmirsə, onları yerinə yetirmək üçün naib tutsun amma digər əmələri isə özü yerinə yetirsin. İmam Xumeyninin bu məsələdə fətvası belədir: Həccə getməyə qüdrəti çatan şəxs özü getməlidir və başqasının tərəfindən onun həccini yerinə yetirməsi kifayət etmir, yalnız o halda ki, xəstə və ya qoca olsun, o məna da ki, sonradan açıqlanacaq”.
Bu məsələdə xəstə və qocadan məqsəd o şəxslərdir ki, həcc əməllərini yerinə yetirmək onlar üçün mümkün deyil və ya dözülməz çətinliklər yaradır. Bundan əlavə onların yaxşı olmasına da ümid yoxdur, belə olan halda naib tuta bilərlər.


more post like this