Məsələ 2151: Əri ölən qadın daimi və yaxud müvəqqəti evlənmədən, ərinin onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, 4 ay 10 gün iddə saxlamalıdır; hətta yaisə qadın da vəfat iddəsi saxlamalıdır. Hamilə olduqda isə doğuşa qədər iddə saxlamalıdır. Lakin, uşaq 4 ay 10 gün keçməzdən qabaq dünyaya gəlsə, ərinin ölümündən 4 ay 10 gün keçənə qədər davam etməlidir.
Məsələ 2152: Vəfat iddəsində olan qadın bəzəkli paltar geyməkdən, sürmə çəkməkdən, həmçinin zinət sayılan sair işlərdən çəkinməlidir.
Məsələ 2153: Əgər qadın ərinin dünyadan getməsinə yəqinliyi olsa və vəfat iddəsi saxlayıb ərə getsə, sonradan ərinin ölməsi məlum olsa, ikinci ərindən ayrılmalıdır və vacib ehtiyata əsasən, əgər hamilədirsə, təlaq iddəsində deyildiyi kimi, ikinci əri üçün iddə saxlamalıdır və ondan sonra birinci əri üçün 4 ay 10 gün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə deyilsə, birinci əri üçün vəfat iddəsi və sonra ikinci əri üçün təlaq iddəsi saxlamalıdır.
Məsələ 2154: Qadının əri qaib, yaxud qaib hökmündə olsa, vəfat iddəsinin başlanğıcı qadının ərinin ölümündən xəbərdar olduğu vaxtdan başlanır.
Məsələ 2155: Əgər qadın “mənim iddəm tamam olub” desə, qəbul edilməlidir. Bir şərtlə ki, töhmət mövqeyində olmamalı və vacib ehtiyata əsasən, e’timadlı olmalıdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this