* “… Ailəmi çox sevirəm. Amma bir neçə şikayətim var ki, xülasəsini sizin üçün yazıram:

 

Həyat yoldaşım müəllimədir. Savadlı bir alimdir. Özü tələbələrə dini dərs deyir. Amma öhdəsinə düşən şəri məsələlərə riayət etmir. Məndən icazəsiz istədiyi yerə gedir. Bu işinə etiraz etdikdə isə, “səndən icazə almaq mənim şəxsiyyətimin təhqir olunması və mənə qarşı hörmətsizlikdir”- deyib günlərlə məndən küsülü qalır…

 

Ailəmizin tək oğluyam. Qoca anam mənimlə yaşayır. Əslində, məndən başqa baxanı da yoxdur. Amma arvadım hər gün yüz dəfə təkrar edir ki, gərək ondan ayrılaq.

 

Axı, mən nə edim? Bu olan işdir ki, mən doğma anamı özümdən ayıram və kimsəsiz qoyam?

 

Şəxsi təmizlik hər insana lazımdır, xüsusən, qadınlar üçün isə gözəllik sayılır. Saçlarını səliqəli darayıb, gözəl, səliqəli geyinmək kimi şeylərə riayət etmir. Nə qədər desəm də qulaq asmır və buna görə də məndən küsür. Görəsən, ərindən küsüb onun haqqını əda etməyən qadının hökmü nədir?…”.

 

? Müqəddəs evlilik peymanı oğlan və qızı tənhalıqdan, köməksizlikdən xilas və onları həyatın bütün məsələlərində şərik və hər biri üçün vəzifə, hüquq təyin edir. Bu vəzifə və hüquqlar Allah-Taala tərəfindən təyin olunmuşdur. Evlənən kişi öhdəsinə götürür ki, işləyib ailəsinin xərcini təmin edəcəkdir. Qadın isə ailə ocağını öz vücudu ilə ətirli edib işıqlandıracağını, ərinin namus və malını qoruyacağını üzərinə götürür. Həmçinin, öhdəsinə götürür ki, ərinin icazəsi, xəbəri olmadan evi tərk etməyəcək, onun mənəvi, cinsi və sevgi istəklərini duyacaq və ödəyəcəkdir.

 

Həmçinin kişi də lazım gələrsə nökər kimi işləməli, əlinin zəhmətinin hasilini evə gətirməli, ailəsinin asayiş və yaşayış xərclərini ödəməlidir. Görəsən, bu cür işləmək və ailənin xidmətində durmaq, kişinin şəxsiyyətinin təhqir olunmasıdırmı?

 

Xeyr! Bu onun şərəf vəzifəsi və borcudur ki, Allah-Taala tərəfindən ailə ocağının və arvadının iffət, ismət və təhlükəsizliyini qorumaq üçün  kişinin öhdəsinə qoyulmuşdur. İlahi vəzifəyə əməl etmək təhqir deyil, hətta, iftixar və səadətdir. Allah-Taala daha gözəl bilir ki, insanların məsləhət və xoşbəxtliyi nədədir.

 

Ailəyə xidmət etmək kişi üçün təhqir olmadığı kimi, ərdən icazə almaq da qadın üçün təhqir və sayqısızlıq sayılmır. Bu ilahi vəzifəyə əməl etmək və iftixardır.

 

Bundan əlavə də, məgər ailə ocağı karvansaradır ki,  kim istəsə girsin, kim istəsə çıxsın, amma sorğu-sual olunmasın?!

 

Əgər qadın ərinin icazəsi və razılığı olmadan istədiyi vaxt evi tərk edərsə, belə evdə nizam-intizan olmaz, kişinin qadına inamı azalar, aralarında sevgi-məhəbbət silinər. Belə olan halda isə bu evdə olan uşaqlar ki, sabahın ata-analarıdırlar, düzgün tərbiyə olmayacaq, inkişaf etməyəcək, layiqli övlad və sağlam vətəndaş kimi tərbiyə almayıb həyat yolunda doğru yol tutmayacaqlar.

 

İmam Sadiq (ə) Allahın Rəsulundan (s) belə rəvayət edir: “Ər gecəni qadınından narahat və narazı halda sübh edərsə, Allah-Taala o qadının namazını əri ondan razı olmayınca qəbul etməyəcəkdir”.[1]

 

Bir qadın Peyğəmbərin (s) hüzuruna gəlib soruşdu: – Ey Allahın Rəsulu (s)! Ərin qadının üzərindəki haqqı nədir?

 

Peyğəmbər (s) buyurdu: – (Kişinin hüquqları o qədər çoxdur ki,) Bu az fürsətdə deyilməsi mümkün deyildir.

 

Qadın dedi: – Onlardan bəzilərini mənim üçün bəyan edin.

 

Peyğəmbər (s) buyurdu: – … Qadın kişinin icazəsi olmadan evi tərk etməməlidir. Özünü əri üçün ən yaxşı zinətlərlə bəzəməli, ən xoş iyli ətirlərlə ətirləməli, ən gözəl geyimlərini geyməli, öz camal və gözəlliyini gecə-gündüz onun ixtiyarında qoymalıdır…

 

Amma xatırlatmaq lazımdır ki, kişilər də onlara qarşı mehriban, xoşrəftar, gülərüzlü, sayqılı və qayğıkeş olmalıdırlar.

 

 

 

 

[1] . “Vəsailuş-şiə”, Hürr Amili , 14/113;

 

islammektebi.org


more post like this