Bəşəriyyətin inkişafında, onun cahillik və xurafatdan xilas olmasında İslamın oynadığı rolun daha da aydın olması üçün İslamdan öncə olan xurafi və cahil əqidələrdən qısa nümunələrə işarə edirik.

– Ərəb cahilliyyəti dövründə səfərə çıxan şəxsin arxaya baxmağa haqqı yox idi. Əks təqdirdə, onun üçün problemlər yaranacaqdı.

– Uşağa qalmayan qadın əgər ölmüş kişinin cəsədinə yeddi dəfə ayaq qoysaydı, artıq onun uşağının ölməyəcəyinə etiqadlı idilər.

– Ərəbin böyükləri özləri ölməmişdən öncə bir dəvəni öz qəbirlərinin kənarında dəhşətli şəkildə öldürüb basdırardılar ki, Qiyamət günü piyada qalmasınlar.

– Əgər səfərdə olanın qayıtmağını istəməsəydilər, onun üçün ocaq yandırardılar.

– Arzulamadıqları qonağı yola salmağı sevmədikləri üçün xəlvətcə onun arxasına kasa qoyardılar ki, bir daha qayıtmasın.

– Cahiliyyət dövründə yaşayan ərəblər getdikləri yerdə qorxu ilə üzləşsəydilər, yüz dəfə eşşək kimi səs çıxarar və ya tülkü sümüyünü bədənlərindən asardılar.

– Əgər bir şəxs çöllükdə (yolu azıb) itsəydi, divləri qorxutmaq üçün öz köynəyini çevirib tərsinə geyərdi.

– Dəvələrinin sayı yüzə çatsaydı, həsəd aparananın bədnəzərinin qarşısını almaq üçün erkək dəvənin bir gözünü çıxarıb kor edərdilər.

– Dişi inəklər su içməyəndə, buynuzlarının arasında olan cinlər uzaqlaşsın deyə, erkək inəklərin üz-gözünə vurardılar.

– Əgər uşaqlarının dişi düşsəydi, onu iki barmaqla səmaya atıb deyərdilər: «Günəş! Ondan yaxşı diş ver!»

– Yağış yağmasaydı, cahil ərəblər tez alışan çubuqları götürüb inəyin quyruğuna bağlayıb, yandırardılar. Yazıq inək də böyürər, aşağı-yuxarı atılardı. Onlar da bunu göyün gurlaması əlaməti sayıb, yağışın yağacağını güman edərdilər.

– Quş uçan zaman onun hərəkləri ilə fala baxardılar. Əgər quş sağ tərəfə uçsaydı uğur rəmzi, sola uçsaydı uğursuzluq sayıb, uduzmaq əlaməti hesab edərdilər.

Qız uşaqlarının diri-diri qəbrə basdırılması, arvadların dəyişdirilməsi, məntiqsiz və ifrat həddində olan şəhvətdən doğan evliliklər və s. adətləri də yuxarıdakı nümunələrə əlavə etmək olar.[1]

 

[1]İslamdan öncə cahiliyyət dövründə olan xurafatlarla tanışlıq üçün bu mənbələrə müraciət edə bilərsiniz: «Şərhi-Nəhcul-bəlağə», İbni Hədid, c. 19; «Tarixe-təhqiqiye-İslam, c: 1; «Fərazhaye əz tarixi-İslam və furuğe-əbədiyyət», c: 1; «Xorşide-İslam çequne derəxşid», c:1; «Kitabe-cahiliyyət və İslam»; «Təfsirül-mizan», c: 2.

 

Tərcüməçi: Seyid İsmayıl Şakir Ərdəkani

Administrator -Bismillah- (Sayta istinad vacibdir)

http://zehra-yolu.com


more post like this