Məsələ 247: Kürəkən üçün onun istifadəsi məqsədilə hər növ qızıl məmulatları almaq caiz deyildir, hətta sep, yaxud qol düyməsi, yaxud saat və sair kimi şey olsa belə.
İmam: İstifta, 2-ci cild, səh.8; “Tovzihul-məsail”, 2068-ci məsələdən istifadə etməklə.
Bəhcət və Xamenei: İstifta.
Sistani: “Tovziul-məsail”, 2076-cı məsələdən istifadə etməklə.
Fazil: “Camiul-məsail”, 1-ci cild, səh.970, 971 və 258-ci məsələlərdən istifadə etməklə.
Məkarim: “Tovzihul-məail”, 1662-ci məsələdən istifadə etməklə.
Təbrizi: Fərz olunan halda müamilə səhihdir, baxmayaraq ki, kürəkən üçün qızıl məmulatı geymək caiz deyildir, hətta üzük, saat və sair kimi əşyalar olsa da belə. İstifta.
Məsələ (Sual) 248: Evlənməyə məxsus olan qızıl sep­lərin alınması, yadigar qalmaq üçün və kişinin yalnız bayram günlərindən bir neçə saat ondan istifadə etmə­sinin hökmü nədir?
Cavab: Caiz deyildir.
Məsələ 249: Ağ qızılın hökmü sarı qızıl kimi deyildir və onu kürəkən üçün almağın işkalı yoxdur.
İmam: İstifta, 1-ci cild, “namaz qılanın paltarı”, Sual: 58 və İstifta.
Təbrizi: İstifta.
Bəhcət, Xamenei, Fazil, Məkarim:
Xamenei, Fazil və Məkarim: Əgər ağ qızıl sarı qızıldan başqa bir filiz olarsa, eybi yoxdur. Əks halda həm sarı, həm ağ, həm də qırmızı qızılın hər üçü haramdır. İstifta.
Bəhcət: Əgər qızıl cinsindən, yaxud həmin mədəndən olmazsa, yaxud mütəxəssislər onu qızıl hesab etməzlərsə, işkalı yoxdur. Amma platinin işkalı yoxdur. İstifta.
Məsələ 250: Kürəkən üçün onun geyməsi məqsədilə xalis ipəkdən olan hər növ paltar almaq caiz deyildir.
İmam: “Tovzihul-məsail”, 2060-cı məsələdən istifadə etməklə.
İmam, Bəhcət, Xamenei: İstifta.
Sistani: “Tovzihul-məsail”, 2-76-cı məsələdən istifadə etməklə.
Fazil: “Camiul-məsail”, 2-ci cild, 763-ü sualdan istifadə etməklə.
Məkarim: “Tovzihul-məsail”, 1762-ci məsələdən istifadə etməklə.
Təbrizi: Fərz olunan surətdə müamilə səhihdir, baxmayaraq ki, kürəkən üçün xalis ipəkdən olan paltarın geyilməsi caiz deyildir. İstifta.

* NƏTİCƏDƏ: İstər köynək, istər mayka, istərsə də evdə rahatlıq üçün geyilən paltarlar – corab və s. kimi hər növ paltarın alınması əgər xalis ipəkdən olarsa, caiz deyildir.
Məsələ 251: Xums aid olan puldan xumsu verilməyincə al-ver etmək caiz deyildir. Yalnız şəriət hakimi, yaxud onun vəkili icazə verdiyi hallar istisna olunur.
İmam, Fazil, Məkarim: “Ürvə”, “fi ma yəcidu fihi xums”, məsələ: 75.
İmam: “Tovzihul-məsail”, məsələ: 1790 və 1795.
Xamenei: İstifta.
Təbrizi və Sistani: Əgər xumsu verilməmiş pulun özü ilə bir şey alsa, bu halda satıcı on iki İmamçı şiədirsə, zahir budur ki, müamilə malın hamısına nisbətdə səhihdir. Bu pulla aldığı mala nisbətdə isə xums şamil olur. Şəriət hakiminin imza və icazəsinə heç bir ehtiyac duyulmur.
Təbrizi: “Tovzihul-məsail”, 1769-cu məsələ.
Sistani: “Tovzihul-məsail”, məsələ: 1769.
Məsələ 252: Əgər bir kəs (əvvəlki məsələyə diqqət yetirmədən) xums aid olan pul ilə bir şeyi alsa, şəriət hakimindən, yaxud onun vəkilindən icazə almalıdır. Bu halda əgər icazə versə, müamilə səhihdir. Əgər icazə verməzsə, müamilənin beşdə biri batildir.
İmam, Fazil və Məkarim: “Ürvə”, fi ma yəcidu fihi xums”, məsələ: 75.
İmam: “Tovzihul-məsail”, məsələ: 1760.
Fazil: “Tovzihul-məsail”, 1825 və 1827-ci məsələlərdən istifadə etməklə.
Bəhcət: Müamilə əsas etibarı ilə zimmədə olduğuna görə səhihdir, lakin onun xumsunu verməlidir. İstifta
Təbrizi və Sistani: Şəriət hakmindən icazə almağa ehtiyac yoxdur, yalnız alınmış mala xums təəllüq tapır.
Təbrizi: “Tovzihul-məsail”, 1769-cu məsələ.
Sistani: “Tovzihul-məsail”, 1769-cu məsələ.
Məsələ 253: Kürəkən, yaxud gəlin üçün hər növ şöhrət libası almaq caiz deyildir.
İmam, Bəhcət, Xamenei: İstifta
Fazil: “Camiul-məsail”, 2-ci cild, 762-ci sualdan istifadə etməklə.
Təbrizi: Müamilə səhihdir, baxmayaraq ki, şöhrət paltarından istifadə etmək caiz deyildir. İstifta
Məkarim: Şöhrət paltarı dedikdə, əvvəllər qeyd olunduğu kimi məqsəd o paltardır ki, zahidlik, yaxud dindarlıqda şöhrət tapmaq məqsədilə geyilmiş olsun. “Tovzihul-məsail”, 1762-ci məsələ və İstiftadan istifadə etməklə.
Sistani: Əlbəttə, əgər bunun ardınca halal bir mənfəət gələrsə, müamilə səhihdir, baxmayaraq ki, hörmətin aradan getməsinə səbəb olan paltarın geyilməsi haramdır. İstifta
Məsələ 254: Kürəkən üçün qadınlara məxsus olan paltar almaq, yaxud kişilərə məxsus olan paltarı gəlin üçün almaq caiz deyildir və onun alınmasından çəkinmək lazımdır.
İmam, Bəhcət və Xamenei: İstifta
İmam: “Tovzihul-məsail”, 2068-ci məsələdən istifadə etməklə.
Fazil: “Camiul-məsail”, 2-ci cild, 762-ci sualdan istifadə etməklə.
Təbrizi: Onun müamiləsi səhihdir, lakin kişilərə məxsus olan paltarın qadınlar üçün və qadınlara məxsus olan libasın kişilər üçün geyilməsi caiz deyildir. İstiftadan istifadə etməklə.
Sistani: Müamilə səhihdir, baxmayaraq ki, hər birinə məxsus olan paltarın başqası üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir. İstifta
Məkarim: Yaxşı olar ki, bu işdən ictinab edilsin. İstifta
Məsələ 255: Gəlin üçün təhrikedici hər növ paltarın naməhrəmlərin arasında istifadə etmək məqsədilə alınması haramdır.
İmam, Bəhcət, Xamenei: İstiftadan istifadə etməklə.
İmam: “Tovzihul-məsail”, 2068-ci məsələdən istifadə etməklə.
Fazil: “Camiul-məsail”, 2-ci cild, 763-cü sualdan istifadə etməklə.
Təbrizi: Onun müamiləsi səhihdir, lakin təhrike­dici paltarlardan istifadə edilməsi caiz deyildir.
Məkarim: Əlbəttə, onun müamiləsi batil deyildir. İstifta

* NƏTİCƏDƏ: Əgər kürəkən toy mərasimində naməh­rəm şəxslərin gəlinə baxacaqlarını bilirsə (məsələn məclisdə kişi və arvad qarışıqdırsa), şəhvəti təhrik edən və gəlinin bədəninin bir miqdarını örtməyən paltarın gəlinə alınması caiz olmayacaqdır.
Məsələ 256: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan dəri məmulatlarının alveri batildir, lakin insan onların şəriət göstərişi əsasında kəsilən heyvanlardan olduğunu blərsə, onun alverinin işkalı yoxdur.
İmam: “Tovzihul-məsail”, məsələ: 2061; “Təhrir”, 2-ci cild, məsələ: 1.
Bəhcət: “Tovzihul-məsail”, məsələ: 1618.
Təbrizi: Onun alverinin işkalı vardır.
Sistani, Fazil: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan dəri məmulatların, şəriət qaydalarına uyğun kəsilən heyvandan olması ehtimal verilsə, onun alverinin işkalı yoxdur.
Məkarim: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafi­rin əlindən alınan dəri məmulatlarının alveri­nin müamiləsi, ehtiyata görə batildir.

* NƏTİCƏDƏ: Qeyri-islami ölkələrdən gətirilən ayaq­qabı, qayış, saatın bağı, çanta və s. kimi dəri məmu­lat­larının al-veri batildir, yalnız insan yəqin etsə ki, o ölkə öz dərilərini İslam ölkələrindən almışdır, bu başqa.
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,


more post like this