Bu bölmədə elçilik mərasimində ehtiyac duyulan hökmləri, əksər hallarda bu mərasiminin keçirildiyi ardıcıllıqla bəyan edəcəyik. Buna görə də bu bölmədə əvvəlcə ər və onun ailəsinin gəlin barədə təhqiqat apar­ma­sının hökmləri ondan sonra isə bazardan lazım olan şeyləri almaq, dəvət etmək, əqd və toy mərasiminin tədarükünün görmək və nəhayət kişilərin və qadınların əqd və toy mərasimində ehtiyac duyulan hökmləri ardıcıl şəkildə bəyan edəcəyik.
Məsələ 222: Arvadı olmadığına (subay olduğuna) görə harama düşən bir şəxsin arvad alması vacibdir.
İmam, Fazil, Məkarim, “Ürvə”, “nikah”, məsələ 4
İmam, “Tovzihul-məsail”, məsələ 2443
Bəhcət: İmkanı olan halda belə bir şəxsin evlənməsi vacibdir: İstifta
Təbrizi: “Tö vzihul-məsail”, məsələ 2452
Xamenei: İstifta
Sistani “Tovzihul-məsail”, məsələ 2452
Fazil “Tovzihul-məsail”, məsələ 2509
Məkarim “Tovzihul-məsail”, məsələ 2023

* NƏTİCƏDƏ: Əgər bir şəxs izdivac etmədiyi təqdirdə günaha düşəcəyini, o cümlədən naməhrəmə, onun şəklinə, kinoya baxacağına məcbur olacağını;, yaxud Allah eləməmiş, istimna və s. etmək məcburiyyətində qalacağını, yaxud naməhrəmlə qanunsuz əlaqədə olacağını bilirsə, evlənməsi vacibdir. Xüsusilə əziz cavanlar diqqət yetirməlidirlər ki, insan indiyə qədər onun maddi və mənəvi ruzilərini çatdıran Allahın əmrlərini yerinə yetirib razılığını cəlb etmək məqamına gələrsə, o halda da mütəal Allah Öz nemətlərini əvvəldə oldu­ğun­dan daha artıq ona ehsan edəcək, onun yolu üzərində möv­cud olan digər maneələri də aradan qaldıracaqdır.
Allah-Taala ilə müamilə edin və evlənməklə özünüzü günahdan xilas edin! Allah-Taalanın razılığını əldə etməyə çalışın və əmin olun ki, Mütəal-Allah sizi xoşbəxt və səadətli edəcəkdir.
Məsələ 223: Evlənmək, hətta əgər insan evlənməməklə günaha düçar olmasa belə, müstəhəbdir.
İmam, Fazil, Məkarim: “Ürvə”, Nikah 1-ci məsələdən qabaq və 1-ci məsələ
Bəhcət, Təbrizi, Xamenei, Sistani, İstifta
Məsələ 224: Müstəhəbdir ki, həddi-büluğa çatan, yəni mükəlləf olan qızı ərə verməkdə laqeyd yanaşmasınlar.
İmam, Fazil, Məkarim “Ürvə”, “Nikah”, məsələ: 14
İmam, “Tovzihul-məsail”, məsələ 2459
Təbrizi, “Tovzihul-məsail”, məsələ 2468
Bəhcət və Sistani: İstifta
Fazil, “Tovzihul-məsail” məsələ 2525
Məkarim: Eləcə də həyat yoldaşına ehtiyacı olan oğlanlar barəsində də; əlbəttə bizim dövrümüzdə bəzən müəyyən cəhətlər qızı tez ərə verməyə mane olur, bu kimi hallarda şərən üstünlük verilənləri seçmək lazımdır.
“Ürvə”, “nikah”, məsələ 14 və İstifta
Məsələ 225: Müstəhəbdir ki, əqd və toy mərasiminin xərclərini, eləcə də mehriyyənin miqdarını az qərar versinlər.
İmam, Fazil, Məkarim “Ürvə”, “Nikah”, məsələ: 17
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,

 


more post like this