Məsələ 270: Hər növ ləhv və ləib vəsaitlərinin tədarük görülməsi haramdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Təbrizi: “Tovzihul-məsail”, 2075-ci məsələdən istifadə etməklə.
Sistani: “Tovzihul-məsail”, 2076-cı məsələdən istifadə etməklə.
Məsələ 271: Məsiyət (günah iş) yerinə yetirilməsi məqsədilə ləhv və ləibin bərqərar ediləcəyi otaq, yaxud salon, yaxud mühitin təşkil edilməsi (misal üçün, mütrib xanəndəliyin, yaxud rəqs etmə yerinin (səhnənin) hazırlanması kimi) caiz deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei,
Sistani, Fazil və Məkarim: İstifta
ÜMUMİ BİR QANUN
Məsələ 272: Haram istifadəsi olan hər bir şeyi hazırlamaq haram istifadə məqsədilə caiz deyildir.
İmam, Bəhcət, Xamenei: İstifta
Sistani: “Tovzihul-məsail”, 2076-cı məsələdən istifadə etməklə.
Fazil: “Tovzihul-məsail”, məsələ: 2129.
Məkarim: “Tovzihul-məsail”, 1762-ci məsələdən istifadə etməklə.
Məsələ 273: Mütrib musiqi çalmaq üçün biabırçı lent yazıları, yaxud digər musiqi vasitələri tədarük görmək caiz deyildir.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Təbrizi: “Tovzihul-məsail”, 2075-ci məsələdən istifadə etməklə.
Sistani: “Tovzihul-məsail”, 2076-cı məsələdən istifadə etməklə.
Məkarim: “Tovzihul-məsail”, 1763-cü məsələdən istifadə etməklə.
Təbrizi: Ləhv yönünə malik olan musiqi çalmaq üçün musiqi vasitələri tədarük görmək caiz deyildir. İstifta
Məsələ 274: Maşının gül ilə bəzədilməsi, şəhərin xiyabanlarında siqnal verilməsi əgər naməhrəmin gə­linə, yaxud digər qadınlara və onların bəzənmiş üz­ləri­nə diqqətin cəlb olunmasına səbəb olarsa, yaxud camaatın əzab-əziyyətinə düşməsinə və narahatçılığa səbəb olarsa, haramdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,

 


more post like this