İslamtimes – Cəhənnəm oduna düçar olmamağım üçün məni fani dünyaya məftun etmədiyinə görə Allahıma şükür edirəm. .
İslamtimes
Şəhid Ayətullah Məhəmməd Səduqi
Şəhid Ayətullah Məhəmməd Səduqi
islamtimes.org/az/ – “Məni dərgahında qullarından biri kimi qəbul etməsini Allahdan istəyirəm. O, Allah ki, məni özünə çatdırmaq üçün ən yaxşı və ən yaxın yolu mənim üçün aydınlatdı. Özünə doğru daha uğurlu addım atmağım üçün dünya nemətlərini mənim üçün vasitə qərar verdi.

Cəhənnəm oduna düçar olmamağım üçün məni fani dünyaya məftun etmədiyinə görə Allahıma şükür edirəm. Qardaşlar və bacılar! Hamımızın gec-tez gedəcəyə həqiqət və reallıqdır. Lakin gediş vasitələri bir-birindən fərqlidirlər. Belə isə insana ən yaxşı vasitə olan şəhadəti və liqaəllahı seçməsinə icazə verin. Mən də Kərbəla şəhidləri kimi meydanda öldürülməyi çox istəyirəm. Şəhidlər kimi döyüş libasında basdırılmağı, hamının İslamın xidmətçisi və İslama xatir şəhid olduğumu bilməsini istəyirəm. Bəli, mən İmamımın, İslam Şura Məclisinin, dövlətin, millətin İslalma xidmət edə bilməsi üçün meydanda döyüşürəm”.

İran – Şəhid Manuçöhr Kəsbkar Hacıağa

http://www.islamtimes.org


more post like this