Ən gözəl bəndə haqda rəvayətlərdə çoxlu xüsusiyyətlər gələ bilər. Amma bir rəvayət diqqətimizi özünə cəlb edir. O da budur ki,İmam Baqirdən (ə) soruşulur ki, ən gözəl və bəyənilən bəndə İlahi dərgahda hansı xüsusiyyətlərə malik olmalıdır. İmam Baqir (ə) Peyğəmbərin (s) sözünə istinad edərək sevilmiş və bəyənilmiş bəndəni bir neçə xüsusiyyətlərlə tanıtdırır. İmam buyurur: (o kəslər Allah dərgahında seçilmiş bəndədir ki,) 1-O zaman ki, yaxşılıq edirlər şadlıq və sevimli vəziyyət yaradırlar, 2-Hər vaxt ki, (hər növ günaha -haqqullah, haqqunnas …) etsələr peşimanlığını üzr diləməklə bildirirlər, 3-Hər vaxt ki, yaxşılıq və hədiyyə alsalar təşəkkür və minnətdarlıq edirlər, 4-Hər zaman çətinliyə düşələr (Allah imtahanları və ya öz səhvlərinə görə) səbr edirlər, 5-Hər zaman əsəb və qəzəb onlara hakim olsa (qabaqındakı zəif olan halda …) bağışlamağı və öz haqlarından keçməyi bacarırlar.
“Əl-Xisal, 317). kitabından nəql edilmiş.

sualcavab.ge/tf


more post like this