: Mən əmzikdən istifadəni məsləhət görməsəm də, onu tam rədd etmirəm. Xəstəlik və ya hər hansı başqa bir səbəbdən narahatçılıq keçirən körpəyə əmzik vermək faydalıdır. Amma yalnız ağlamasın deyə körpəyə əmzik vermək yanlış addımdır. Müşahidələrdən məlum olur ki, əmzikdən istifadə edən uşaqlar öz ətraflarına bir o qədər də maraq göstərmirlər. Hansı ki, uşaq ağladığı vaxt hərəkətə ehtiyac duyur və ətrafa göz gəzdirərək məlumat toplayır. Körpə ağlayan kimi onun ağzına əmzik qoymaq narahatçılıq keçirən yaşlı adamı ağrıkəsici ilə susdurmağa bənzəyir. Siz ağlayan körpəyə əmzik vermək əvəzinə onun narahatçılığının əsil səbəbini öyrənin


more post like this