Cəbr” və “Təfviz” haqqında olan hər iki fikrin səhv və yanlış olduğunu gördük. Buradan bəşərin öz işlərində qismən iradə və ixtiyar sahibi olmasını başa düşürük. Qurani-kərimin 18-ci surəsinin 23-24-cü ayələrində buyurulur: “Heç bir şey barəsində “Mən onu sabah edəcəyəm” – demə ancaq “İnşaallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm!” de. (İnşaallah deməyi) unutduğun zaman Allahı yada salıb, “ola bilsin ki, Allah məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin” – de.”
Deməli, bəşər təsir edəndir, amma tam müstəqil deyil. Nə tam ixtiyar sahibi, nə də öz hərəkət və işlərində tam müstəqil deyildir. İxtiyar və iradəsi var, o, təsir edəndir. Buna baxmayaraq, öz ixtiyarında olan və yerinə yetirdiyi işlərdə tam müstəqil deyil. “Əmrun beynə əmreyn”-in əsl mənası da budur.


more post like this