Sual :İmam Əli (əleyhis-salam) insanları hansı formada Allahın istəklərinə tabe olmağa çağırırdı?
Cavab:
İmam Əli (əleyhis-salam) “Nəhcul-bəlağə”nin 23-cü xütbəsinin birinci hissəsində nəfsləri saflaşdırmaq və mühüm ictimai fəsadlara son qoymaqla bağlı belə buyurdu:
أمَّا بَعْدُ: فَإِنَّ الاَْمْرَ یَنْزِلُ مِنَ السَّماءِ إِلَى الاَْرْضِ کَقَطَراتِ الْمَطَرِ إِلَى کُلِّ نَفْس بِمَا قُسِمَ لَهَا، مِنْ زِیَادَة أَوْ نُقْصَان
İlahiyə həmd və sənadan sonra bilin! Allahın nemətləri yağış damlaları kimi səmadan yerə nazil olur. Hər kəsə az və ya çox – müəyyən (Allahın müqəddər etdiyi miqdarda) pay yetişir.
Yağış damlalarına bənzətmək olduqca maraqlı bir təşbehdir. Nə üçün ki, yağışın incə damlaları Allahın fərmanı ilə müxtəlif şəkillərdə müxtəlif torpaqlara yağır. İlahi ruzi də Onun rəhmət və səxavət səmasından fərqli şəkildə bəşərin yaşadığı torpaqlarına enir. Bəzi torpaqlara o qədər çox yağır ki, iri çaylar meydana gəlir. Bəzilərinə isə il ərzində olduqca az miqdarda yağmur düşür.
Həzrət daha sonra aydın bir nəticə almaqla belə buyurdu:
فَإذا رَأَى أَحَدُکُمْ لاَِخِیهِ غَفِیرَةً فى أَهْل أَوْ مَال أَوْ نَفْس، فَلاَ تَکُونَنَّ لَهُ فِتْنَةً
Bu üzdən sizlərdən biriniz öz qardaşınızda həyat yoldaşı, övlad, mal və ya fiziki baxımından üstünlük görsəniz bu, fəsada səbəb olmamalıdır.(1) (həsədə, kinə, ədavətə, məyusluğa və Allaha qarşı sui-zənnə gətirib çıxarmamalıdır.)
Daha sonra İmam (əleyhis-salam) yoxsul, səbirli və şükür edən insanlara təsəlli vermək üçün belə buyurdu:
فَإِنَّ الْمَرْءَ المُسْلِمَ مَا لَمْ یَغْشَ دَنَاءَةً تَظْهَرُ فَیَخْشَعُ لَهَا إِذَا ذُکِرَتْ وَ یُغْرَىَ بِهَا لِئَامُ النَّاسِ، کانَ کَالفالِجِ(2) الْیَاسِر(3)الَّذِی یَنْتَظِرُ أَوَّلَ فَوْزَة مِنْ قِدَاحِهِ(4) تُوجِبُ لَهُ الْمَغْنَمَ، وَ یُرْفَعُ بها عَنْهُ الْمَغْرَمُ
“Çirkin bir əməl aşkar olan zaman bir müsəlmanı utandırar və alçaqlar da ona görə, onu məzəmmət və təhqir edə bilər. Elə isə o əmələ qurşanmasın. Heç bir zərərə düşmdən, qazanmaq və çoxlu qazanc əldə etmək üçün üçün ilkin fürsəti gözləyən mahir bir yarışçı kimidir o.”
وَ کَذْلِکَ الْمَرْءُ الْمُسْلِمُ الْبَرِیءُ مِنَ الْخِیَانَةِ یَنْتَظِرُ مِنَ اللهِ إِحْدَى الْحُسْنَیَیْنِ: إِمَّا دَاعِىَ اللهِ فَمَا عِنْدَاللهِ خَیْرٌ لَهُ، وَ إِمَّا رِزْقَ اللهِ فَإِذَا هُوَ ذُوْ أَهْل وَ مَال، وَ مَعَهُ دِینُهُ وَ حَسَبُهُ
“Xəyanətdən uzaq olan müsəlman fərd Allah dərgahından iki yaxşılıq gözləyir: biri İlahi dəvətin çatmasıdır. (Onun ömrü yaxşı ad və xeyir aqibətlə sona çatar) Bu halda Allahın hazırladığı gözəl mükafatlar onun üçün yetərlidir. Digəri də Allahın bu dünyada ruzisini artırmasıdır. Bu halda isə şəxsiyyətini, şərəfini və dinini qorumaqla həyat yoldaşı, övlad və əmlak sahibi olar.”
وَ إِنَّ الْمَالَ وَ البَنِینَ حَرْثُ الدُّنْیَا، وَ الْعَمَلَ الصَّالِحَ حَرْثُ الاْخِرَةِ
“Amma (bilin ki, bunlar arasında böyük fərq var) mal-dövlət, övlad bu dünyanın əkin və biçinidir. Saleh və xeyirxah əməl isə axirətin məhsuludur.”
وَ قَدْ یَجْمَعُهُمَا اللهُ تَعالى لاَِقْوَام
“Bəzən də Allah-taala onların hər ikisini müəyyən insanlara bəxş edər. Onlar dünya və axirət nemətlərinin hər ikisindən bəhrələndirər.”
Həqiqətdə İmam (əleyhis-salam) bu ürək oxşayan təhlilində bu məsələyə toxunur ki, insanın çirkinliklərə aludə olmaması, onun taleyində böyük əhəmiyyət kəsb edir. Həmin çirkin əməllər onun utanmasına və başı aşağı olmasına gətirib çıxarır. Onu dillərə salır və insanların gözündə şərəfini alçaldır.
İnsan pak olsa, pak yaşasa bu iki gözəl qismət onu gözləyir: ya ömrünü şərəflə başa vurub ilahi rəhmətə və onun tükənməz mükafatlarına tərəf tələsir, yaxud da ömrünün qalan hissəsində bu dünyanın maddi nemətlərini qazanır və ilahi nemətlərin hər iki hissəsinə sahib olur. (5)

1. “Ğəfirə” sözünün kökü “ğəfərə”dir. Mənası geyim və örtükdür. Günahların örtülməsi və bağışlanmasına da “ğufran” deyilir. Mal-dövlətə də “ğəfirə” deyilir. Ona görə ki, mal-dövlət də insan həyatının böyük hissəsini öz əhatəsi altına alır, bəzən də insanın eyblərini örtür.
2. “Falic” sözünün kökü “fələcə” sözündəndir. “Məqayisul-lüğə” kitabının yazdığına görə bu sözün iki mənası var. Birincisi, “qalib olmaq və qələbə” dir. Digəri isə “iki bərabər şeyin arasındakı məsafə”dir. “Sihahul-lüğə” kitabında da “zəfər və qələbə” mənasında da istifadə olunub. Hazırkı xütbədə də həmin mənanı ifadə edir.
3. “Yasir” kəlməsinin kökü “yəsərə”-dir və “asanlıq”, “rahatlıq” mənalarını ifadə edir. Rağibin “Müfrədat” kitabına əsasən “məysərə” və “yəsar” sözləri “var-dövlət və sərvət” mənasını daşıyır. Qumarda rahat yolla pul əldə edib pul uduzmaq mümkün olduğuna görə ona “məysər” deyilir. Sözü gedən xütbədə “yasir” sözü isə “yarışın qalibi” mənasına götürülüb.
4. “Qidah” kəlməsi “qidh” sözünün cəm formasıdır və “ox düzəltmək üçün nəzərdə tutulan, lakin hələ yonulmamış və ucu bərkidilməmiş çubuq” mənasını ifadə edir. Bu kəlmə əslində “bir şeyi sındırıb eyibli şəkilə salmaq ” mənasını ifadə edir. Oxun çubuğunun adətən belə bir təsiri olduğuna görə ona “qidh” deyilir.
5. “Pəyami İmam Əli (ə)”, cild 2, səh. 44.

makarem.ir


more post like this