196.Əmanətdarlıq

Quran

«O kəslər ki, əmanətlərinə və əhdlərinə əməl edirlər.»[1]

 

Hədis

672.İmam Əli (ə):«İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır.»[2]

673.İmam Baqir (ə):«Üç şey var ki, Allah onlar barəsində heç kəsə istədiyi kimi davranmaq icazəsi verməyib:  əmanəti yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq sahibinə qaytarmaq, həm yaxşı və həm də pis əməl sahibi ilə olan əhd-peymana vəfalı olmaq, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək.»[3]

674.İmam Sadiq (ə):«Əmanətdarlıq zənginlikdir.»[4]

 

197.Əmanəti hər halda qaytarmaq vacibdir

675.İmam Əli (ə):«Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə.»[5]

676.İmam Sadiq (ə):«Allahdan qorxun və əmanəti sizə etibar edən şəxsə qaytarın. Hətta Əmirəl-mömininin (ə) qatili mənə bir əmanət tapşırsa əmanəti mütləq ona qaytararam.»[6]

677.İmam Sadiq (ə):«Əmanəti (sahibinə) qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə.»[7]

 

198.Əmanətdar olmayanın imanı yoxdur

678.Allahın Peyğəmbəri (s):«Əmanətdar olmayanın imanı yoxdur.»[8]

679.Allahın Peyğəmbəri (s):«Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil.»[9]

199.Əmanətin nəticələri

680.Loğman (ə):«Oğlum! əmanəti (sahibinə) qaytar ki, dünya və axirətin salamat olsun. Əmanətdar ol ki, zəngin olasan.»[10]

681.Allahın Peyğəmbəri (s):«Əmanətdarlıq zənginlik gətirir, (əmanətə) xəyanət yoxsulluq.»[11]

682.İmam Əli (ə):«Əmanətdarlıq güclənən zaman düzlük artar.»[12]

 

200.Əmanət tapşırılmamalı kəslər

683.Allahın Peyğəmbəri (s):«Allah e’tibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı e’tibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib.»[13]

684.İmam Baqir (ə):«E’tibarlı və əmanətdar adam sənə xəyanət etməyib, bəlkə sən xainə əmanət tapşırmısan.»[14]

685.İmam Sadiq (ə):«Mənim üçün xainə əmanət tapşırmaqla əmanəti qorumayıb zay edən kəsə əmanət tapşırmaq arasında heç bir fərq yoxdur.»[15]

 

 

 

 

 

 

 

Mizanulhikmətin (xülasəsi)I cild

 

 

 

 



[1] Muminun, ayə 8

[2] Ğurərul-Hikəm, hədis 2905+2906

[3] əl-Kafi, c.2, səh.162, hədis 15

[4] Tənbihul-Xəvatir, c.1, səh.12

[5] Biharul-Ənvar, c.77, səh.208, hədis 1

[6] Əmali-Səduq, səh.204, hədis 5

[7] Əmali-Səduq, səh.204, hədis4

[8] Biharul-Ənvar, c.72, səh.198, hədis 26

[9] Biharul-Ənvar, c.75, səh.172, hədis 13

[10] Məani-Əxbar, səh.253, hədis 1

[11] Biharul-Ənvar, c.75, səh.114, hədis 6

[12] Ğurərul-Hikəm, hədis 4053

[13] Biharul-Ənvar, c.103, səh.179, hədis 3

[14] ət-Təhzib, c.7, səh.232, hədis 1013

[15] əl-Kafi, c.5, səh.301, hədis 4


more post like this