Seyyid Həsən Əbtəhi deyir: 1361-ci (h.ş.) ildə İranın inqilabçı alimlərinin terror olunması, bə`zi münafiq qrupların gəldikləri hədə-qorxular və nəhayət, əmniyyətin olmaması məndə qeyri-adi nigarançılıq və iztirab hissi yaratmışdı. Allaha təvəkkül etməklə bu nigarançılıqdan yaxa qurtarmaq üçün nə qədər çalışsam da, buna nail ola bilmirdim. Daha dəqiq desəm, cümə axşamı artıq nigarançılığım son həddə çatmış və tamam yuxum qaçmışdı. Bunun üçün telefonu da çıxarmışdım ki, kimsə mənə zəng edib hədə-qorxu gəlməsin. Amma bir yerə zəng etmək üçün telefonu qoşan kimi, birdən zəng çaldı. Dəstəyi götürdüm. Gördüm uzaq yerdən zəng edən tanış bir adamın səsi gəlir. Ondan kim olduğunu soruşduqda, dedi: Mən Xadimiyəm. Başa düşdüm ki, hacı Məhəmməd Xadimi Şirazidir. Dedim: Haradan zəng edirsiniz? Dedi: Qumdan, Cəmkəran məscidindən. Sonra dedi: Bu gecə sizi tanıyan bir şəxs İmam Zamanla (ə) görüşüb və Həzrət ona demişdir ki, Məhşəddə Əbtəhi böyük nigarançılıq hissi keçirir. Xadimiyə de, yoldaşınıza xəbər etsin ki, nigaran olmasın, biz ona kömək edəcəyik. Biz onu qoruyacaq və bu bəlanı ondan dəf edəcəyik. Əgər xəbər göndərməklə nigarançığı aradan getməsə, Xadimi özü Məşhədə gedib onu nigarançılıqdan qurtarsın.

Əllamə Nuri “Nəcmus-saqib” kitabında yazır ki, bir çox kəramət sahibi olan Seyyid Baqir Qəzvininin oğlu seyyid Cə`fər deyir:

Bir vaxtlar atamla birlikdə Səhlə məscidinə get-gəl edirdik. Bir gün məscidə çatıb atamdan soruşdum: Camaat deyir ki, kim qırx cümə axşamı Səhlə məscidinə gedib orada ibadətlə məşğul olsa, İmam Zamanla (ə) görüşə bilər. Amma mə`lum deyil ki, bu sözlər nə qədər doğrudur! Atam qəzəblənərək dedi: Haradan deyirsən? Əgər sən bir şeyi görməmisənsə, deməli onun əsası yoxdur?! O, məni o qədər danladı ki, dediklərimə peşman oldum.

Bir azdan sonra məscidə daxil olduq və orada kimsə yox idi. Atam məscidin ortasında dayanıb “istiğasə” (imdad) namazını qılmaq istərkən, İmam Zaman (ə)-ın məqamı tərəfdən bir şəxs ona tərəf gəldi. Atam onunla salamlaşıb əl verərək görüşdü. Sonra mənə dedi: Bəs bu kimdir? Təəccüblə dedim: O, İmam Zamandırmı? Dedi: Bəs kimdir? Mən dərhal yerimdən qalxıb ona tərəf yüyürməyə başladım. Amma nə məscidin içində, nə də ki, çölündə kimsəni görmədim.

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…


more post like this