Dəryadan bir damla və yaxud bir hədisin şərhi (yeni).
Allahın adıyla…….
Bir neçə dəqiqə bundan öncə bir mübarək hədis yazdım. Əvvəlcə şərh etmək fikrim yox idi, amma əziz qardaşlarımın təklifi ilə şərh etməyi özümə borc bildim. Gün ərzində dəfələrlə bu mübarək zikri dilimizdə təkrarlayırıq. Lakin bu “Əllahu Əkbər” zikrinin həqiqəti və mahiyyəti nədir ?
Sadə insanlardan soruşsaq heç düşünmədən cavab verəcəklər ki, “Allah böyükdür” və yaxud “Allah daha böyükdür”. Əlbəttə lüğət baxımından bu zikrin dəqiq tərcüməsinə, “Allah daha böyükdür” cümləsi uyğun gəlir. Əziz müsəlman qardaş və bacılarım, elə bu tərcümədə insan düşünməyə vadar olur. Çünki “daha” , “lap”, “ən” və sairə sözlər hər hansı sifətin önündə gəlirsə, o zaman söhbət müqayisədən gedir. Məsələn, “daha böyükdür” deyiriksə, deməli orda başqa bir “böyük” vardır. “Lap yaxşı” deyiriksə, deməli orda digər bir “yaxşı” vardır və sairə.
Yerin və göylərin xaliqi olan Allahımız , bir şeylə müqayisə oluna bilərmi ? Əsla…Necə müqayisə olunsun ki, o , Xaliqdir, ondan başqaları məxluq. O, yaradandır, ondan başqaları yaradılmış. O , dirildən, şəfa verəndir, bütün kamal və camal sifətləri onun zatındandır. O, zatında və sifətlərində heç kəsə möhtac deyildir. Ondan başqa bütün məxluqlar isə, zatında və sifətlərində Allaha möhtacdırlar. Məhz buna görə də, məsum İmamlarımız (ə) “Allah hər bir şeydən daha böyükdür” cümləsini qəbul etməyiblər. Buyurublar ki, bilin və yadda saxlayın “Əllahu Əkbərin” mənası, “Allah vəsf olunduğundan daha böyükdür”. Yəni-Allah öz kamal və camal sifətlərini müqəddəs kitabında bizə çatdırır. O, alimdir, qadirdir, həyydir, eşidən və görəndir. Bu sifətlərdən və vəsflərdən Allah daha böyükdür. Başqa ifadə ilə desək, Allahın elm sifətini bəyan etmək üçün , biz deyirik ki, o, alimdir. Amma onun sifətlərinin həqiqi mənasını ifadə etmək üçün, sözlər və məfhumlar da acizdir. Çünki söz və məfhum da insan kimi məxluqdur, məxluq Xaliqi ifadə edə bilməz.
Digər bir izahı nəzərinizə çatdırım. “Əllahu Əkbər” -yəni Allahın iradə və istəyi daha böyükdür. Heç bir məxluqun istək və iradəsi onun istək və iradəsindən önə keçə bilməz. Səadət və xoşbəxtlik onun iradəsinə tabe olmaqdadır. Bir sözü tez-tez təkrar edirəm.

Ceferlier.com


more post like this