Neynirəm mən bu cahanı,Əli səndən ayrı,

Daşıyım boş yerə canı,Əli səndən ayrı,

O gün Rəsuli Əkrəmə,nazil oldu mələk,
Xudanın əmri belədir,sən deyəsən gərək,
Musaya Harun oldu tən,sənə Əli kömək,
Allahın budur fərmanı,Əli səndən ayrı,

Elə bir eşqdir ki Ağa,kim səni sevərsə,
Məhşərə səninlə gələr,kim yolun gedərsə,
Yolunu kim tərk eliyib,kim ayrı düşərsə,
Ayırmaz ağdan qaranı,Əli səndən ayrı,

İman zirvəsində sənə,olmaz ki bərabər,
Əlidir mənə canişin,siz ümmətə rəhbər,
Zəhranın yarı Əlidir,söylədi Peyğəmbər,
Zəhranın olmaz cananı,Əli səndən ayrı.

Xyanət etdilər necə,sən əmanət idin,
Haqqını əzdilər sənin,yenə rahət idin,
Oldun ədalət çırağı,çün ədalət idin,
Qeyri ədalət de hanı,Əli səndən ayrı,

Nə qədər ömrüm var Ağa,vəsf eylərəm səni,
Adına nəğmələr qoşub,söylərəm mən yəni.
Hər iki dünya bi ola,yox eşqinin təni,
Keçməz Faiqin bir anı,Əli səndən ayrı.

Faiq Huseyni.
http://www.muselman.ws/


more post like this