Cavab: İbni Səd Şəbidən belə nəql edilmişdir: “Əliyyibni Əbitalib (əleyhissalam) Siffeyn yolunda Kərbəla diyarından keçəndə Neynəva adlı yerə (Fərat sahilində olan bir kəndin adıdır) çatanda dayandı və buranın adını soruşdu. Dedilər ki, buranın adı “Kərbəla”dır. Əmirəl-möminin Əli (əleyhissalam) elə ağladı ki, torpaq onun göz yaşından islandı və sonra buyurdu: “Günlərin birində Rəsuli Əkrəm (s.ə.v.v)-in yanına gəldim, gördüm ki, ağlayır, soruşdum: –Ağlamağınızın səbəbi nədir? Buyurdu: –Bir neçə dəqiqə bundan qabaq Cəbrəil mənim yanımda idi, mənə xəbər verdi ki, oğlun Hüseyn Fəratın sahilində Kərbəla çölündə qətlə yetiriləcək. Sonra Cəbrəil oranın torpağından bir ovuc verdi və dedi ki, iylə! Elə buna görə də özümü ağlamaqdan saxlaya bilmirəm.”[4596] Nur-az.com


more post like this