Cavab: Həzrət imam Sadiq (əleyhissalam) öz ata-babalarından, onlar da Əli (əleyhissalam)-dan, o Həzrətin Fatimə ilə izdivacı ilə əlaqədar olan bir hədisdə nəql edirlər ki, Rəsuli Əkrəm (s.ə.v.v) buyurdu: (İzdivac günü) bir münadi nida edir ki, bu gün Əli ibni Əbu Talibin ziyafət günüdür. Mən sizi şahid tuturam ki, Məhəmmədin qızı Fatiməni Əli ibni Əbu Talibə ərə verdim. Onların hər biri digərinə (həyat yoldaşı olmaqda) məndən razıdır. Sonra münadi nida edib Allahın bu sözünü dedi: Ey Mənim məlaikələrim, ey cənnətimin sakinləri. Məhəmmədin sevimlisi və Əbu Talibin oğlu Əliyə və Məhəmmədin qızı Fatiməyə təbrik deyin. Çünki mən Özüm də onlara təbrik dedim. Agah olun ki, Mən qadınlar içərisində, (Öz dərgahımda) ən yaxşı və ən sevimli bir qadını, kişilər içərisində nəbi və mürsəllərdən sonra (Mənim dərgahımda) ən çox sevdiyim (ən yaxşı) kişiyə ərə verdim. Sonra müqərrəb mələklərdən biri olan Rahil dedi: Pərvərdigara, onlara, behiştdə onlar üçün gördüyüm şeylərdən daha çox nə kimi bərəkətlər var? Allah buyurdu: Ey Rahil, Mənim onlara nazil etdiyim bərəkətlərdən biri də budur ki, onları Öz məhəbbətimdə bir yerə toplamışam, onları Öz məxluqatıma höccət qərar vermişəm. Öz izzət və cəlalıma and olsun, Mən bu iki şəxsdən elə insanlar dünyaya gətirəcəyəm ki, onları yer üzündə Öz elmimin xəzinədarları, elmimin mədənləri, dinimə dəvət edənlər qərar verəcəyəm. Nəbi və mürsəllərdən sonra onları bəndələrimə höccət qərar verəcəyəm. NUR-AZ.COM


more post like this