Cavab: İsa (əleyhissalam) doğulanda onun anası Məryəm (ə.s) Beytül-müqəddəsdə idi, əmr olundu ki, bura müqəddəs məkandır, tez xaric ol. Amma Əli (əleyhissalam) doğulanda Kəbənin divarı yarıldı və onun anası Fatimə binti Əsəd içəri daxil olub orada Əli (əleyhissalam)-ı dünyaya gətirdi. Şair necə də gözəl demişdir:
Gedin çıxın fələklərə, gəlin gəzün məmaliki
Görün ki hansı millətin bu noi rəhnuması var!
Cənabi Məryəm istədi doğa Məsihi beytidə
Nida yetişdi zadigəh deyil yerin bəhası var
Bir ayrı yerdə vəzi həmli qıl o nuri pakuvi
Bu vadiye Müqəddəsin məqami-kibriyası var
Amma Əli anası istədi Əlini vəze həml edə
Yarıldı Kəbənin evi, görüb Həqqün sədası var
Məhəbbət eylə qoy qədəm, gətir vücudə nurimi
O nuri pakilən bu Beyti əzəmin cəlası var. [4535]
İbni Babəveyh mötəbər sənədlərlə Yəzid ibni Qənəbdən nəql edir ki, O belə deyirmiş: Mən, Abbas və Əbdül-Üzzadan bir dəstəsi Allah evi Kəbənin qarşısında durmuşduq. Əsədin qızı Fatimə Əliyə hamilə idi və hamiləliyinin doqquzuncu ayı idi. O, gəlib Kəbə ilə üzbəüz durdu və dedi: Ey Rəbbim mən Sənə imanlıyam.
Sonra davam edib deyir: Bu zaman gördüm ki, Kəbənin divarı Fatimənin arxa tərəfindən yarıldı. Fatimə içəri daxil oldu və divar əvvəlki vəziyyətə qayıtdı. Biz çalışdıq ki, Kəbənin qapısını açaq, lakin açılmadı. Başa düşdük ki, bu, Allah tərəfindən olan bir işdir.
Dördüncü gün Fatimə Kəbədən çıxdı. O, Həzrət Əlinin qundağını qucağına almışdı. O belə buyudu: Mən keçmişdə olan qadınların hamısından fəzilətli oldum. Çünki mən Allahın evinə daxil oldum, behişt meyvələrindən və ruzilərindən yedim. Oradan çıxmaq istədikdə, qeybdən belə bir səs gəldi: Ey Fatimə, bu uşağın adını Əli qoy. O, Əlidir. Əla olan Allah buyurur: Mən onun adını Öz adımdan müştəq etmişəm, Öz ədəbimlə onu tərbiyələndirmişəm və ona Özümün sirli elmlərimi öyrətmişəm. O, Mənim Evimdəki (Kəbədəki) bütləri sındıracaq. O, Mənim evimin damında azan deyəcək və Məni təqdim edib əzəmətlə yad edəcək. Xoş o kəslərin halına ki, onu sevib ona itaət edərlər. Vay o kəslərin halına ki, onunla düşmən olub ona qarşı üsyankarlıq edərlər.
[4535] Münim Ərdəbili
NUR-AZ.COM


more post like this