Həzrət Peyğəmbərin özü Əli (ə)-ın İslamı birinci qəbul etməsini təsdiqləmiş və özü buyurmuşdur: «Qiyamət günü Kovsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibni Əbutalib olacaqdır.» Alimlər və rəvayətçilər söyləmişlər ki, həftənin birinci günü Muhəmməd (s.a.a.v.) peyğəmbər seçildi və Əli (ə) səhərisi gün onunla birgə namaz qıldı (İbni Əbil Hədid – Şərhi Nəhjul Bəlağə j.13, səh,119). Əli (ə) isə İslamı ilk qəbul etməsi barədə buyurur ki, «o vaxt İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nubuvvət iyini duyur və görürdüm.» Ubeyr ibni Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və Abbasın (peyğəmbərin əmisi) qonağı oldum. Günlərin biri Məscidul Həramda Abbasla birgə idim. Günəş göyün ortasına çatanda sifəti parlaq ay parçasına bənzər bir cavan kişi gəlib səmaya baxdı, sonra kəbəyə tərəf dayandı. Bir az keçmədi bir cavan oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə üçü də ibadət etməyə başladı. Mən çox təəccübləndim. Abbasdan soruşduqda mənə dedi ki, 1-ci gələn mənim qardaşım oğlu Muhəmməd ibni Abdullahdır. 2-ci gələn başqa qardaşım oğlu Əli ibni Əbu Talibdir. 3-cü gələn isə Muhəmmədin həyat yoldaşıdır. Muhəmməd iddia edir ki, onun dini Allah tərəfindən nazil olub. İndi yer üzündə bu 3 nəfərdən başqa heç kim bu dinə qulluq etmir.» (Tarixi Təbəri. j.2, səh.22 və s.) İslami qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Quran açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar (Allahu-təalanın (j.j.) dərgahına. Allahu-təalanın lütfünə və mərhəmətinə yaxın olanlardır.» («Vaqiə» surəsi, ayə 10-11) 4) Həzrət peyğəmbər peyğəmbər seçildikdən sonra öz dəvətini 3 il gizli saxladı. Ancaq gizli şəkildə dəvətini həyata keçirirdi. Kim də qəbul hissi görürdüsə, onu da İslama dəvə edirdi. Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, peyğəmbər dəvətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır. Buna görə də peyğəmbər Əli (ə)-a tapşırır ki, Bəni Haşim qəbiləsinin 45 nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Qonaqlar təyin olunmuş vaxtda gəlirlər. Yemək yedikdən sonra peyğəmbərin əmisi Əbu Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məjlisin hazırlığını aradan apardı. Beləliklə də məclisin heç bir nəticə vermədən başa çatdı. Peyğəmbər səhəri gün yenə qohumlarını Əbu Ləhəbdən başqa hamısını nahara çağırmaq qərarına gəldi. Beləliklə, qohumlar yenə də təyin olunmuş vaxt gəldilər. Yemək yeyildikdən sonra peyğəmbər öz söhbətinə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edir ki, sizi tövhidə, təkallahlığa və öz nubuvvətimə dəvət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəmdəm olar?» Peyğəmbərin bu sözündən sonra məjlisi sükut bürümüşdü. Hamı başını aşağı salıb fikirləşirdi. Bu zaman 15 yaşlı Əli ibni Əbu-Talib ayağa qalxıb peyğəmbərə buyurdu: Ey Allahın rəsulu! Mən bu işdə sənə kömək edərəm» Bunu deyib peyğəmbərlə beyət etmək üçün əlini ona tərəf uzatdı. Peyğəmbər Əliyə əmr etdi ki, yerində əyləşsin. İkinci dəfədə peyğəmbər öz sözünü yenə təkrar etdi və Əlidən başqa javab verən olmadı. Üçünjü dəfə də peyğəmbər öz sözünü dedikdə javab verən olmadı. Təkjə yenə Əli (ə) ayağa qalxıb peyğəmbərin müqəddəs fikrini təsdiqlədi. Bu vaxt peyğəmbər əlini Əli (ə)-ın əlinin üzərinə qoyaraq Bəni-Haşim böyükləri arasında Əli (ə) barədə öz tarixi cümləsini buyurdu. «ey mənim qohum-əqrabam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir)». Ixlas.az


more post like this