Əhli-sünnə vəl-cəmaət

Sünnilik (ərəbcə أهل السنة والجماعة – Əhl əs-Sünnə və əl-Cəmaa və ya qısa olaraq أهل السنة – Əhl əs-Sünnə) – İslamda ən böyük məzhəbdir. İslam dininə etiqad edənlərin ən az 85%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir[1][2]. Sünnə sözü ərəbcədən tərcümədə “yol” anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin yoluna sadiq olduqlarını bildirirlər. Müsəlmanların çoxluğunu təşkil edən bu əqidənin “Sünnilikdə” 4 məzhəb vardır. Onlar əqidə mövzusunda eyni fikirdədir və yekdildir, yalnız bəzi incəliklər var ki, bunlarda da cüzi fərqlər vardır. Hər bir müsəlman istədiyi məzhəbi seçməkdə azaddır. Sünni məzhəbləri aşağıdakılardır.İndi isə onlar haqda qısa məlumata nəzər yetirək:

1. Hənəfilik

Hənəfi məzhəbi – 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767).

Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya-Hersoqovina, Banqladeş, Şri-Lanka və Çinin Sintszyan-Uyğur muxtar rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur.

Hənəfi məzhəbinin əsasları

Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin fikirləri əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları:

Quran.

Sünnə (səhabələrdən gələn hədislər).

İcma.

Qiyas.

2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir.[1]. Bundan başqa Hənəfi məzhəbi Qafqaz və Balkanlarda çox yayılmışdır.

Hənəfi məzhəbi məktəbləri

Ortodoksal İslam məzhəbi olan Hənəfi məzhəbinin dünyada minlərlə məktəbi, mədrəsəsi və universiteti var. Məzhəbin ən nüfuzlu məktəblərindən biri Hindistanda yerləşən “Darül-Elm Deobəndir”. Bu mədrəsədə hənəfilərlə bərabər maturidilər və sufilər də dini təhsil alir.

Hənəfi məzhəbində namaz

Hənəfi məzhəbində kişilər namaz qılarkən əlləri göbəyin altında, qadınlar isə sinənin üstündə bağlamalıdırlar.
ibret.az


more post like this