Cavab: Əhli-sünnə qaynaqlarında İmam Hüseyn (ə) haqqında məlumat şiə qaynaqlarından heç də az deyil. Misal üçün, sözügedən qaynaqlarda İmam Hüseyn (ə) haqqında aşağıdakılara toxunulmuşdur: İmama (ə) ad qoyma mərasimi (Təbəri, “Zəxair əl-uqba“), Peyğəmbərin (s) onun qulağına azan oxuması (Hakim Nişapuri), Peyğəmbərin (s) dilinin iki nəvəsinin ağzına qoyaraq onların susuzluğunu yatırması (İbn Həcər Əsqəlani, “Təhzib ət-təhzib“), Həsən (ə) və Hüseynin (ə) Peyğəmbərin (s) gülləri olması (Buxari), İmam Hüseynin (ə) ağlaması Peyğəmbəri (s) çox narahat edirdi (“Zəxair əl-uqba), Həsən (ə) və Hüseynin (ə) Peyğəmbərin (s) ən sevimlisi olmaları (Tirmizi), Peyğəmbərin (s)İmam Hüseynin (ə) dodağndan, dişindən öpməsi (İbn əsakir, İbn Həcər Heysəmi), İmam Hüseynə (ə) məhəbbətin müsbət nəticələri (Tirmizi, Təbərani, Zəhəbi, Təbəri və s.), Həsən (ə) və Hüseynin (ə)dost münasibət (Tirmizi, İbn Əsakir), Behişt cavanlarının ağası (Tirmizi, Təbərani və s.), Hüseyn (ə) məndəndir, mən də Hüseyndən (ə) (Tirmizi, Buxari), Peyğəmbərin (s) İmam Hüseynin (ə) şəhadətindən xəbər verməsi (Təbərani, Hakim Nişapuri, İbn Həcər Heysəmi), İmam Hüseynə (ə) kömək etmək (İbn Əsir) və s.

NUR-AZ.COM


more post like this