Cavab: Bu sualın cavabı üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır: 1). İmamların və Peyğəmbərlərin insanlardan fərqli gücə malik olmasına baxmayaraq onların vəzifəsi adi insanlar kimi rəftar etməkdir. Onlar ictimai və məişət məsələlərində demək olar ki, heç bir qeybi köməkdən istifadə etməmişdirlər. Əgər İlahi qeyblərin möməklikləri ilə öz gündəlik həyatlarını tənzimləsəydilər onlar heç vaxt başqalarına nümunə ola bilməzdilər. 2). Belə hədislər, Əhli- sünnət qardaşlarımızın kitablarında olmasından aslı olmayaraq təsdiqi həqiqətdən kənardır. Yəni istinad ediləsi hədis deyildir. 3). İlk baxışdan bu hədisin eyibli dəlilləri vardır ki, biz onlardan bir neçəsini burada qeyd edirik: Birincisi budur ki, (demək olarki,) bütün tarix kitablarında düşmən tərəfin Fərat çayının qolunu bağlaması, İmama su verilməməsi, İmamın onlardan neçə dəfə su istəməsi və hər dəfə onların bu işdən üz çevirməsi təkrar olaraq yazılmışdır. İkincisi budur ki, İmamın (ə) xeyməsi aşura günündə düşmən tərəfindən tamami ilə mühasirə olunmuşdur. Saqi necə özünü İmama çatdıra bilmişdir? Ya saqi düşmənin amansız ox və nizəsinin müqabilində necə su paylaya bilirdi? Deməli, bu hədis İmamın və Əhli- beytin məzlumiyyətini, düşmənin biz təsəvürr edəcəyimiz qədər də qəddar olmadığını və İmamın susuz şəhid olmasını inkar etmək üçün düzəldilmişdir. Belə hədislər Kərbəla yanqısını ürəklərdən soyudmaq və ya şübhə altına aparmaqdan başqa bir şeyə xidmət etmir. Bu səbəbdən də belə hədislərə tarix kitablarında istinad edilmir. NUR-AZ.COM


more post like this