Cavab: Əhli- beyt Quran, hədis və kəlam terminində, İslam Peyğəmbəri (s)- in ailəsi mənasınadır. Bu kəlmə həmin mənada Qurani- kərimdə təthir ayəsində (Əhzab surəsinin 33- cü ayəsi) işlənibdir: “Həqiqətən Allah sizdən çirkinliyiaparıb və sizi pak etmək istəyir:”[ «انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا»]
Təfsir alimləri bu ayənin təfsirində deyirlər: Bu ayədə Allahın iradəsindən məqsəd, Allahın təkvini (xəlq etmə) iradəsidir.[ Əl- mizanın tərcüməsi, cild 16, səh 467.) Çünki Allahın təşrii (qanun qoyma) iradəsi bütün insanların təharət və paklığa şamil olubdur. Belə ki, bütün insanlar həkim Allahın göstəriş və təlimlərini yerinə yetirməklə, bütün günahlardan pak olmağa yetişə bilərlər. Amma Allahın təharət və paklığa olan təkvini iradəsi yalnız İslam Peyğəmbəri (s)- in Əhli- beytinə məxsusdur. Belə ki, bu ailədə heç bir günah və səhvə yol verilməzdir. Bu yalnız bu ailənin öhdəsinə qoyulan İslamın müqəddəs hədəflərinə yetişmək yolunda onların mühüm roluna görədir.
Bundan əlavə, Qurani- kərim və rəvayətlərin Əhli- beytin seçilən mövqeyini elan etməsinə təkid etməsi, onların fikir, düşüncə, əməl və arzuları kimi böyük ləyaqət və üstünlüklərinə görədir. Onlar Allah və onun razılığından başqa, heç bir şey haqda düşünmürdülər. Qurani- kərim Dəhr surəsində Əhli- beytin isar (digərini özündən qabağa salma) etmələrinə bir nümunə gətirib və onu belə bəyan edir”: Yeməklərini ona meyl və ehtiyacları ola- ola, miskin, yetim və əsirə verirlər. (Və deyirlər:) Biz sizə Allaha xatir yemək veririk və sizdən təşəkkür və mükafat istəmirik”.[ İnsan surəsi, ayə 8- 9]
Əhli- beyt (ə)- ın əməli rəftar və həyat tarixi və onların öyrətmələri, onların uca hədəflərinin tövhid kəlməsinin ucalması və bütün şirk və inhirafların inkarından başqa bir şey olmadığına görə ən yaxşı şahiddir.
Əhli- beyt (ə) İslam dini və onun dəyərlərinin qorunub saxlanması, Quranın ayələrinin təfsiri, dinin göstəriş və hökmlərinin açıqlaması, camaata ürək yandırma və onları inkişaf və təkamülə doğru hidayət etməkdə, həmişə böyük rola malik olublar. Onların dinə və onun hökm və məsələlərinə olan xüsusi diqqətləri, camaatın onların uca məqamından xəbərdar olmaları və təkamül və hidayət yolunu getməkdə onlara itaət etmələri üçün, belə bir təkidlərə səbəb olmuşdur.
Çünki, Quranın əsas hədəfi insanların hidayətidir.
«الم، ذلک الکتاب لاریب فیه هدی للمتقین»[ Bəqərə surəsi, ayə 1- 2.]
Qurani kərimin ayələrinə bir az diqqət edən şəxs, bu sözün doğru olmasını açıqca təsdiqləyə bilər. Şiənin İmamları (ə) ümmətin hidayət edicisi olduqlarına görə, “Əhli- beyt” adı onlara təqlid edilmişdir. Ona görə də, həqiqətdə Qurani- kərimin təfsirçisi və açıqlayanı olan Peyğəmbər (s), özündən sonrakı dini mərcəlik və imamlıq məqamını açıqlamaq istəyən zaman, həmin Əhli- beyt kəlməsindən istifadə edir. Məsələn buyurur:
“Mən sizin aranızda iki bahalı şey qoyuram. Biri Allahın xitabı, o biri isə mənim ailəm və Əhli- beytimdir. Əgər bu iki şeyə bağlansanız, heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki şey qiyamətdə kövsər hovuzunda mənə varid olmayınca bir- birindən ayrılmazlar”.[ Səhihi Termizi, cild 2, səh 380. Əhməd ibn Hənbəl, Müsnəd, cild 3, səh 17
«انی تارک فیکم الثقلین کتاب الله و عترتی اهل بیتی ما ان تمسکتم بهما لن تضلوا بعدی ابداً فانهما لن یفترقا حتی یردا علیّ الحوض»
] Həmçinin həzrət səfinə hədisində buyurur: “Həqiqətən sizin aranızda Əhli- beytimin məsəli, Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar və hər kəs ondan üz döndərsə, qərq olar”.[ Hakim, Müstədrəküs- səhiheyn, cild 2, səh 432, Firuz abadi, Fəzailul xəmsə, cild 2, səh 65,
«انما مثل اهل بیتی فیکم کسفینة نوح من رکبها نجا و من تخلف عنها غرق»
] Buna əsasən, dinin qorunması, dinin göstəriş və hökmlərinin açıqlanması və təfsiri, camaatın rəhbərliyi və onların hidayətində, Əhli- beyt- in rolu o qədər əhəmiyyətli və mühümdür ki, onlardan ayrılmaq və onların əmrlərini tərk etmək, günahlar dəryasında qərq olmağa və insanın məhvinə səbəbdir. Onların Allaha dəvətdən başqa heç bir hədəfləri yoxdur.[ Daha çox məlumat üçün baxın: Bu göstəricilər: Əhli- beyt (ə) və Şura surəsinin 23- cü ayəsi (Məvəddət ayəsi), sual 160, Əhli- beyti neçə nəfərlə məhdudlaşdırmağın səbəbi, sual 243, İslam Peyğəmbəri (s)- in Əhli- beyti, sual 833.]
NUR-AZ.COM


more post like this