Cavab: “Əhli-beyt” kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın “təthir” ayəsində; yəni “Əhzab” surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا»
Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə və peyğəmbərdən (s), İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad və digər imamlardan (ə), həmçinin Ümmi Sələmə, Aişə, Əbu Səid Xidri, İbn Abbas və digər səhabələrdən nəql olunan bir çox rəvayətə istinadən – “Təthir” ayəsi “Əshabi-Kisa”nın, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) ehtiramına nazil olmasına və “Əhli-beyt”in bu beş nəfər olduğuna dərin etiqadlıdırlar.
Həmçinin şiə və əhli-sünnə tərəfindən nəql olunan bir çox hədislərdə bu termin digər imamlara, yəni İmam Əli ibn əl-Hüseyndən (İmam Səccad) (ə) İmam Zamanadək (ə.c.) olan imamlara da aiddir.
NUR-AZ.COM


more post like this