Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:
إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”
Əhzab surəsi, 56-cı ayə

عن علي – يعني ابن أبي طالب – قال: كل دعاء محجوب حتى يصلى على محمد صلى الله عليه وسلم وآل محمد
رواه الطبراني في الأوسط ورجاله ثقات
وقد تقدم في أول الباب قبل هذا حديث ابن مسعود ، وهو حديث جيد ، وحديث جابر ، وحديث فضالة بن عبيد
Əli b. Əbu Talibdən belə dediyi rəvayət edilir: Muhəmməd və Al-i Muhəmmədə salavat göndərmədikcə bütün dualar cavabsız qalar.
ət-Təbərani “əl-Əvsət”də rəvayət etmişdir və raviləri siqa şəxslərdir.
Daha əvvəl də fəslin əvvəlində İbn Məsduddan nəql edilmişdir və o, ceyyid (yaxşı) hədisdir. Həmçinin Cabirin və Fuzalə b. Ubeydin hədisləri də bu cürdür.
Hafiz əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.10, s.180, h.17278
Onlayn mənbə 1: al-eman.com
Onlayn mənbə 2: islamweb.net
Hafiz əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.10, s.180, №17278; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata
Kitabı yükləmək üçün: ÜNVAN

Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!

http://313news.net/‎


more post like this