Cavab: Bu mövzuda rəvayət çoxdur. Misal olaraq, bir neçə rəvayət göstərə bilərik:

1. İmam Sadiq (ə) buyurmuşdur: “Allah bizim şiələrimizə rəhmət etsin. And olsun Allaha, onlar mömindirlər. And olsun Allaha, onlar öz sonsuz kədərləri ilə bizim müsibətlərimizə həmdərddirlər.”

2. İmam Riza (ə) buyurmuşdur: “Bizim müsibətlərimizi xatırlayıb, çəkdiyimiz əzablar üçün ağlayan kəs qiyamət günü bizimlə olacaq, bizim dərəcəmizə çatacaqdır. Bizim müsibətlərimizi bəyan edib ağlayan və başqalarını ağladan kəs gözlər ağlayacağı qiyamət günü ağlamaz. Hər kəs bizim işimizin ayağa qaldırıldığı bir məclisdə əyləşsə, qəlblərin öləcəyi gün qəlbi ölməz.”

3. İmam Sadiq (ə) Füzeylə buyurdu: “Əzadarlıq məclisi qurub, Əhli-beytdən və onun başına gələnlərdən danışırsınızmı?” Füzeyl bildirdi ki, belə məclislər qurulur. İmam buyurdu: “Bizim işimizi dirildin. Bizim işimizi dirildənlər Allahın mərhəmətinə qovuşar…”

http://sualcavab.ge

 

 


more post like this