Yox, belə bir addım yanlış olardı. Uşağın süddən ayırılması ilk baxışdan müvəffəqiyyətli görünsə də, körpəniz yeni doğulan çağanı görüb yenidən süd istəyə bilər.
Yeni doğulmuş körpə həm döşə, həm əmziyə, ən əsası isə sizin diqqətinizə sahib olur. Bu səhnələri seyr edən ikinci uşaq yenidən süd istəyə bilər. Ona görə də heç bir səbəbə baxmayaraq, uşağı yalnız münasib yaşa çatdıqda süddən ayırın. Əgər böyük uşaq süddən ayrılmasını valideynin məhəbbətinin azalması ilə əlaqələndirməsə, özünü daha rahat hiss edər. İki körpəni eyni zamanda döşündən əmizdirən analar az deyil.
Təbiət hər bir problemi ən gözəl yolla həll edir. Əksər insanlara məlumdur ki, döş ilə süd vermək bir növ hamiləliyin qarşısını almaqdır. Uşaq əmizdirən ananın hamilə olmaq ehtimalı çox azdır. Bəzi qadınlar məhz hamiləliyin qarşısını almaq üçün süd verməyi təxirə salmırlar.
Təbiət insanı heyran qoyur! Körpəni sinədən əmizdirmək hamiləlik arasındakı fasiləni nizamlayır. Nəticədə körpə yeni doğulmuş çağa ilə rəqabət dövrünə çatmamış süddən ayrılır. Əgər ana öz körpəsini fasilə vermədən əmizdirərsə, növbəti hamiləlik iki və ya üç ildən sonraya təsadüf edəcək. Zənnimcə ailədə uşaqlar arasında ən münasib fasilə elə bu müddətdir. Bu yolla ananın yükü yüngülləşir, uşaqlar arasında paxıllıq hissi minimum həddə enir.


more post like this