Varlıq aləminin nəzmində bütün varlıqların olmasına baxmayaraq, hər birinin öz həqiqətlərinə münasib olaraq müxtəlif məqamları vardır. Onların həm müştərək olmaları və həm də ixtilafları vücudlarında müəyyənləşir. Varlıq aləminin ən yüksək mərtəbəsi heç bir hədd və hüdudu olmayan Haqq-taalanın məqamıdır. Ona görə də Haqq-taalanın müqəddəs zatında heç bir tərkibə yol yoxdur. Yerdə qalan varlıqlar isə nəticə olaraq, Haqq-taalanın ayəsi, nişanəsi, kölgəsi və məxluqu sayılır. Zəif və məhdud varlıq olduqlarına görə onlara yoxluq xasdır, zatən kamalın olmaması ilə seçilir və mürəkkəb olurlar. Amma vücudu vacib olan Haqq-taalanın zatı mürəkkəb və məhdud olmadığına görə heç bir şəriki yoxdur. Mümkün varlıqlar öz zatlarında Haqqın məxluqu olmaqla bərabər tam şəkildə, kölgənin sahibinə bağlı olduğu kimi müqəddəs Haqq-taalaya bağlı və Ondan asılıdırlar. Nəticə bu olur ki, vücudu vacib olan Haqq-taalanın pak zatı sırf bəsitdir və tərkib tapmamışdır. Mümkün varlıqlar isə məhduddur, mürəkkəbdir. Onların var olmaları birbaşa vacib varlığa bağlı olub, heç vaxt Onunla yanaşı qərar tutumaz və müqayisə olunmazlar. Onlar Xaliqin məxluqları içərisində qərar tutur və Haqq-taalanın əlamət və nişanələrindəndir. Haqq-taalanın zatının şiddətlə mürəkkəb olmaması Onun varlığının şiddətlə vacib olmasındandır, mümkün varlıqların isə mürəkkəb və tərkiblərə malik olmaları onların varlıqlarının məhdudiyyətli olmalarına görədir.


more post like this