Bəli. Əgər artıq, uşaq sizin məhəbbətinizə ehtiyac duyursa, bu ehtiyac tərbiyədə amil ola bilər. Müvəqqəti şəkildə bu məhəbbəti kəsməklə ona anlada bilərsiniz ki, qayda-qanunlara əməl etməməyin bu sayaq pis nəticələri ola bilər. Uşaq qayda-qanuna əməl etdiyi vaxt sizin xoş təbəssümünüzlə, əməl etmədiyi vaxt narazılığınızla qarşılaşmalıdır.
İnanın ki, körpəlik vaxtı ehtiyacları ödənmiş, başqalarına və sizə etimad göstərmiş uşaq sizin narazılığınıza biganə qalmayacaq, özünü düzəltməyə çalışacaq.
Uşaqla səmimi münasibətin başqa faydaları da var. Azyaşlı uşaqlar başqalarını təqlid etməyə çalışırlar. Elə buna görə də valideynlər uşağın yanında nalayiq söz və hərəkətlərdən çəkinirlər. Bəli, uşaq gördüyünü bir anda götürür. Sizdən “təşəkkür edirəm”, “bağışlayın” kimi nəzakətli sözlər eşitməyən körpə, çətin ki, danışığında uyğun sözlərə yer ayıra.
Uşaq, adətən, sevdiyi şəxslərin sözlərini və hərəkətlərini təkrarlayır. Çalışmalısınız ki, körpənizin ən çox sevdiyi şəxs siz özünüz olasınız. Əgər uşaq həyatda düzgün yol seçərsə, sizin alqışlarınız onu daha da ruhlandıracaqdır. Əgər övladınız sizi sevirsə, sizin rəftarınız onun üçün ideala çevriləcəkdir. Bu rəftar onun ruhunda və canında əks olunacaqdır.


more post like this