Cavab: İlk əvvəl uşağın mərkəzi sinir sistemini müayinədən keçirin. Diaqnozun dəqiqliyi üçün peşəkar psixoloqa müraciət edin. Bəzən uşağın rəftarındakı nöqsanlar ailə ixtilafları ilə bağlı olur. Ailə yeni mənzilə köçdükdə vərdiş verdiyi mühitdən, köhnə dostlarından ayrılan uşaq nigarançılıqlarla üzləşə bilər. Bəzən isə uşağın narahatçılıqları kiminsə onu qorxutması ilə bağlı olur. Yaxınların ölümü, valideynin sərt rəftarı, ata-ana arasındakı dava-dalaşlar həyatda və ya televiziyada gördüyü qorxulu səhnələr və bu kimi başqa hadisələr uşağın rahatlığını pozur və rəftarda nöqsanlar müşayiət olunur. Hələ məktəb yaşına çatmamış belə uşaqlarla münasibət qurmaq çox çətin olur. Onlar özünü köməksiz və tənha hiss edirlər. Bununla belə, mən valideynin müstəsna təsirinə inanıram və bu inam məni onlarla söhbətə vadar edir.


more post like this