Cavab: İşarə etdiyiniz rəvayətlər Əbdüllah ibni Əbi Sərəhin mürtəd olması ilə əlaqədardır. Onun necə və nə üçün mürtəd olması ilə əlaqədar üç rəvayət gəlmişdir. Amma, əvvəla, onun necə mürtəd olması ilə əlaqədar ixtilaf vardır. Onunla əlaqədar nəql olunan bəzi rəvayətlər də Quranın təhrif olunmasına, dəyişdirilməsinə dəlalət etmir. Bəziləri müəmmalı və anlaşılmazdır, yalnız azlıqda olan bəzi rəvayətlərə uyğun olaraq Quranın təhrif olunması irəli çəkilir. Buna görə də ona dəqiq şəkildə istinad oluna bilməz.
İkincisi: Mərhum Səduqun nəql etdiyi rəvayətlərə əsasən bu üçüncü qisimdən olan rəvayətlər də heç bir vəchlə təhrifə dəlalət etmir. O huvə vahid cümləsi barəsində (bu, üçüncü dəstədən olan rəvayətlərdə Peyğəmbərdən nəql olunmuşdur) barəsində yazır: Məqsəd budur ki, dəyişsən də, dəyişməsən də sənin dəyişdirdiyin şeylər yox, mənim imla etdiyim şeylər yazılacaqdır.
Üçüncüsü: Əgər mərhum Səduqun yozumunu qəbul etməsək və eyni halda bu rəvayətləri sənəd baxımından da səhih hesab etsək də, bu qəbildən olan rəvayətlər Quranın aşkar bəyanı ilə müxalif olduğundan onlara istinad edilə bilməz. Peyğəmbərin və imamların (əleyhimus-salam) göstərişinə əsasən, bu cür rəvayətləri qəbul etməməliyik.
Son məsələ: Əbdüllah ibni Əbi Sərəh mürtəd olduqdan sonra Məkkəyə qaçdı. Məkkənin fəth olunduğu zaman da Peyğəmbər Osmanın vasitəçiliyi ilə onu edam etmədi. Osmanın xilafəti dövründə o, Misirin valisi olmuşdur.
Bu rəvayətlər əslində Quranın təhrifinə edilməsinə yox, əksinə onun təhrif olunmamasına dəlalət edir. Çünki Quranın təhrif olunmamasına inananlar müxaliflərin təhrifin isbatı istiqamətindəki səylərini inkar etmirlər; əksinə onların bu səylərdə müvəffəqiyyət qazanmamalarını inkar edirlər. Bunun dəlili də budur ki, əvvəla: Quranın qorunub-saxlanması və hifz olunması Allah tərəfindəndir. İkincisi, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də Quranın qoruqçusu və mühafizəçisi idi və onu hər növ təhrif və dəyişiklikdən hifz etmişdir. İbni Əbi Sərəh tərəfindən baş verən bu fəaliyyətlər də Peyğəmbərin mübarizə məqamına gəldiyi şəxslərin məkrli planlarının məğlubiyyətə uğramasının aşkar nümunələrindən biridir və həzrət bu hiylələri beşikdə ikən məhv etmişdi. Həqiqətdə bu rəvayətlərə tam və dərin diqqətlə yanaşanlar başa düşər ki, bu rəvayət Quranın təhrifinə yox, əksinə təhrifdən amanda qalmasına dəlalət edir.
NUR-AZ.COM


more post like this