Cavab: Məqsədimiz bu deyildi ki, hamı kəlam alimi (mütəkəllim) və ya filosof olmalıdır. Sadəcə, bildirmək istədik ki, insanın imanı şüar səviyyəsində qalmamalı, kiçik bir şübhə ilə rastlaşan zaman puça çıxmamalıdır. Bu işi hamı bacarar. İnsan ətrafında baş verən kiçik bir hadisəni araşdırmaqla öz etiqadının düzgünlüyünü anlaya bilər. Əl çarxı ilə ip əyirən qoca qarının əhvalatını nümunə göstərə bilərik. Uyğun hadisə deyilənləri təsdiqləyir. Bir şəxs ondan Allahını necə tanıdığı barədə soruşur. Qoca qarı əlini çarxdan çəkir və çarx dayanır. Qarı deyir: “Hətta bu kiçik və sadə çarx hərəkət üçün mən qoca qarının köməyinə möhtacdır. Necə ola bilər ki, əzəmətli varlıq aləmi qadir yaradana möhtac olmasın?!”


more post like this