Cavab: Əvvəlcə qeyd edim ki insana qarşı edilən hər bir səhv hərəkəti zülm adlandırmaq olmaz. Ola bilsin ki dostun və ya həyat yoldaşın bəzi səhvlərə yol versin və sizin haqqınızı tapdalasın. Belə məqamlarda səbirli olmaq və güzəşt etmək lazımdır. sonra isə öz haqqını tələb etmək hər bir şəxsin hüququ və bəzən də bu haqqı tələb etmək vacibdir. Çünki zalimin zülmünün qarşısında susmaq özü də günahdır. Amma bu zülm möminlər və dostlar terefindən edilərsə onları tənbih etmk üçün ən yox yol, onları bağışlamaqdır. Amma bağışlamaq hüququ məzlumundur.O bağışlayarsa öz mənəvi dərəcəsini Allah yanında ucaltmış və bağışlmazsa da onu heç br cəza gözləmir və öz haqqını bağışlamamaqa haqqı var və bu günah sayılmır. Allah-taala əvf edənlər haqqında Qurani-kərimdə buyurmuşdur: “Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!”(Bəqərə/178); “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”.(Ali-İmran/134); “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf/199); “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”(Nur/22); “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz” (Şura/40); “Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!” (Təğabun/14).


more post like this