İnsanı düz yoldan azdıran amillərdən söz açmaqdan əvvəl “sirat” (yol), və “düz” (müstəqim) kəlmələrinin mənalarına diqqət etmək lazımdır. Sirat sözü ərəb dilində böyük və geniş yola deyilir. Bəzi alimlər onu əslinin sin hərfi ilə olduğunu və sirat sözünün udmaq mənasında işləndiyini deyirlər. Çünki, geniş yol sanki, öz genişliyi ilə yolçusunu udmaq və qabağa aparmaq kimi qabiliyyətinə malikdir. Bu vəziyyətə “sirat” deyilir. Amma bəzi mühəqqiqlər bu sözün Quranda olan mənasını ayrıca olduğunu qeyd edərək sirat sözünün müstəqil və dəyişməz bir mənasının olmasını qeyd etmişlər.
Müstəqim sözü isə ərəbcədən q.v.m. hərflərindən ibarət olub möhkəm olmağı tələb etmək mənasındadır. İstiqamət – yəni, bir şeydən möhkəm olmağı tələb etməkdir. Bir şeyin möhkəm olmasını tələb etmək isə ondan həmiş şeyin zahiri təsirini, mənafelərini tələb etməkdir. Təsir və mənafelərin bərabər olması, yol gedənin əyri və inhirafda olmamasını təmin etdiyinə görə bu halətə möhkəm olmaq və durmaq deyilir. Beləliklə, düzgün yolun mövcudluğu üçün o yolda heç bir inhiraf və əyrilik olmaması tələb olunur və bu tələb də ancaq düzgün yolda hasil olur.
Bu səbəbdən məlum olur ki, sirat müstəqimin, yəni düzgün yolun mənası həmin əyri yolun müqabilində qərar tutur. Əyri və inhirafi yol həmin yoldur ki, onda ixtilaf və azmalar var. Düzgün yol (sirat müsətqim) isə həmin yoldur ki, bu iki xüsusiyyətdən amanda qalsın.
Necə ki, düzgün yolun ən aşkar nümunəsi olan Əlmirəl-möminin Əli (əleyhissalam)] bu haqda buyurur: “Sağ və sol azdırıcıdır, orta yol isə həmin düzgün yoldur.”
Quran baxımından düzgün yol həmin “möhkəm dindir”. Bu haqda Quranda oxuyuruq: “(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!” Həqiqi din o dindir ki, özü möhkəmdir və başqalarını da möhkəm saxlayır. Düzgün yolun həmin möhkəm din olmasını açıqlamaqla həzrət İbrahimə (əleyhissalam) nisbət verilməsinin sirri bundadır ki, dində ən yaxşı ixlas yolunu həzrət İbrahim (əleyhissalam) öz əməlləri ilə nişan vermişdir. Hənif o kəsə deyilir ki, yolun ortasında hərəkət edir və onun müqabilində isə “cənif” və “ mütəcanif” yəni, yolun sağ və sol tərəfi ilə hərəkət edən qərar tutur.
Əlbəttə, düzgün yolun tərifi barəsində məsum İmamlarımızdan (əleyhimussalam) və ilahi alimlərdən çoxlu təriflər açıqlanıb. Bu qısa bəhsimizdə bütün bunlara işarə etmək fürsətimiz yoxdur. Bu bölmədə imam Sadiqdən (əleyhis-salam) “Bizi doğru (düz) yola yönəlt!” – ayəsi haqqında olan təfsirini qeyd edirik. İmam Sadiq (əleyhis-salam) bu açıqlamada buyurur: “Düzgün yol yəni, İlahi! Bizi elə yola hidayət elə ki, bizi Sənin məhəbbətinə və behiştinə çatdırsın! Bizi nəfsimizin göstərişlərinə tabe olmaqdan və həlak olmaqdan saxla!”
Bir məsələni də qeyd etmək lazımdır ki, düzgün yol tənhadır və çoxlu sayda ola bilməz. Çünki, düzgün yol Allah taalaya nisbət verilir və Allahdan qeyrisinə tərəf gedən yol “tüğyan yolu” hesab olunur. Əlbəttə, Allah yolları çoxdur, bu yollar inhiraf yollarının müqabilində qərar tutur və yeganə düzgün yoldan kənarda deyildir. Allah yolları ilə düzgün yol arasındakı bağlılıq bu mənadadır ki, Allah yolları kiçik yollar olub sonu yeganə düzgün yola birləşir. Yaxud belə təfsir olunur ki, yeganə düzgün yol o qədər genişdir ki, Allah-taalaya tərəf gedən xırda yolların hamısını özündə birləşdirir və onlar düzgün yolun tərkibində qərar tuturlar.
Allah-taala Quranda buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!”[9] Həmçinin, başqa bir ayədə oxuyuruq: “Allah mö’minlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Qur’anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.”
Bu iki ayənin mənası imam Kazimin (əleyhis-salam) rəvayətində belə izah olunur və aydınlaşır. İmam (əleyhissalam) buyurur: “Ya Hişam! Allah taala insanları iki höccət (yol göstərən, dəlil) vermişdir: biri zahiri dəlil, digəri isə batini dəlildir. Zahiri dəlil və yol gösətərən həmin peyğəmbərlər və məsum İmamlardır (əleyhimussalam). Batini dəlil və yolgöstərən isə insanın ağlıdır.” Belə olan halda, insanın ağıl və fitrətindən ibarət olan batini hidayəti və şəriət, peyğəmbərlər və imamların göndərilməsi ilə zahiri hidayəti olmaqla insanın düzgün yoldan inhirafa çıxmasına görə gətirdiyi bəhanələr qəbul olunmaz. Bu iki yolgöstərənin olması ilə insana artıq höccət tamam olur və bəhanə yeri qalmır.
İmam Kazim (əleyhis-salam) öz sözünün davamında insanın din yolundan çıxıb yolunu azması və fəsada düşməsinin səbəbi haqqında belə buyurur: “Ya Hişam! Aqil o kəsdir ki, Allah-taalanın halalı (nemətin çoxluğu) onu Allah-taala şükr etməkdən qafil etməz, bəlalar və müsibətlər onun səbrini əlindən almaz! Ya Hişam! Hər kəs üç şeyi üç şeydən üstün qərar versə, sanki ağlının məhv olmasından ötrü öz həva-həvəsinə itaət etmiş olur;
1. O kəs ki, öz təfəkkür nurunu uzun arzuları ilə qaraldar;
2. Öz hikmət və uzaqgörənliyini çox danışmaqla (həddən artıq söz danışmaqla) aradan aparar;
3. Öz ibrət dairəsini (başqalarından dərs almaq istedadını) şəhvətinə tabe olmaqla söndürər. Belə insan, ağlını məhv etməkdən ötrü öz nəfsi istəklərinə tabe olmuş olur və hər kəs ağlını məhv etmiş olsa, din və dünyasını puça çıxarmış olur; çünki, nə qədər ki, insanın sağlam ağlı yoxdur, dini olmaz və dünya və Axirətinə sərf edən işlər görməz!”
İnhiraf amilləri də batini və zahiri amillərə bölünür: İnsanın batini hissələrinin ağıl və fitrəninin insanın zahirinə daha şiddətlə təsir etməsini nəzərə alsaq, batini amillər insanın zehnində və niyyətində təsir qoymayınca zahiri təsirə şərait yaranmaz. Başqa sözlə desək, insanın zahiri amillərindən tərəfdarlıq etməsi, əslində, onun batini hisslərindən asılıdır.
Daha da açıqlasaq, insanın zəlalətə düşməsinin əsas səbəbi ilk növbədə onun batinindən inhirafa düşməsi və batində fitnə-fəsada düçar olmasıdır. Belə olan halda fərq etməz ki, insan öz nəzərində zəlalətdə olsun, yaxud özünü xoşbəxt saysın və ya başqalarını (düzgün yolda olanları) zəlalətdə hesab etsin. (Cəhl mürəkkəbdə olsun)
Belə ki, Allah-taala Quranda buyurur: “Qəlbini Bizi (Qur’anı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə! Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir.” Başqalarına itaət etmək əslində insanın batini təsir amillərindəndir. Digərlərini inhirafa salmaq üçün də insanının ən böyük amili nəfs və həva-həvəslərindən baş alır, uzun-uzun arzularından təsirlənir və mənşə alır.
Bu şərif ayə İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi va səlləm) və möminləri inhirafçılara tərəfdarlıq etməkdən nəhy edir və ilahi göstərişlərə itaət etməyə çağırır. Daha sonra əzab və savab mövzusunu açılanmaqla, dinləyicilərdən zərərin dəf olunması və xeyirə tərəf hərəkət etmələri tələb olunur, bununla da insanın öz ixtiyarı ilə səhih və doğru yolu seçməsinə şərait yaradılır. Bütün bunlardan məlum olur nə qədər ki, batini amil hərəkətə gəlib ayılmazsa zahiri amil də hərəkətə gəlməz. Əgər insanın əqli və fitrəti nurani olsa və hidayət olunmağa tərəf meyli olsa, nəfsi ayılar və Haqqa tərəf meyl edər, Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi va səlləm) və Onun canişinlərinə tabe olar. Amma əgər insanın nəfsində dünyəvi şəhvət, tamah və hərislik üstünlük qazansa, batinindən təbeçilik etməklə insan da şeytançılıq və ilahi övliyalara qarşı itaətsizlik edəcək, batini xənnas şeytanlarına və tərəfdarlarına itaət edəcəkdir. Lakin o zaman bu zəlalətdən ayılacaq ki, artıq ondan ötür heç bir faydası olmayacaq. Çünki, Qiyamətdə arzu edəcək: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!” Halbuki Quran ayəsi əsasında həmin halda şeytandan cavab eşidəcəklər: “İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və’d vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və’d vermişdim, amma sonra və’dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!” Nəhayət, onların böyükləri belə cavab verəcəklar: “Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!”
İnsanın inhirafa düşməsinin amillərini bir neçə qismə bölmək olar, belə ki, hər bir amil digər növbəti amil üçün şəraitin yaranmasına səbəb ola bilər. Başqa sözlə desək, sonrakı amilin təsiri əvvəlki amilin təsirindən asılıdır:
1.Övladın ata-anasından pis sifətləri irs aparması və pis mühitda yaxşı tərbiyə almaması və aldadıcı təbliğat;
2.Cəhl, şəkk, qəflət və fikr cəhətdən vəsvəsə xəstəliyinə giriftarl olmaq, şeytanın tələsinə və şübhələrinə mübtəla olmaq;
3.Müsəlman cəmiyyətində əmr be məruf və nəhy əz münkərin tərk olunması və İslam ümmətində, hökumətdə, cəmiyyətədə və fərdi sahələrdə olan inhirafların müqabilində cəmiyyətin xüsusi alimlərinin susması;
4.Cəmiyyətdə, hakimiyyət strukturlarının və məşhur alimlərin inhirafa düşməsi, zülm və fəqirliyin yayılması, ədalətsizlik və haqq səsin boğulması;
5.Uzun arzular, tamah və hərisliklə dünyaya bağlı olmaq, dünyada ölümdən və Allah-taalanın insana nəzarətindən, Onun Axirətdə hesab çəkməsindən qəflətdə qalmaq; (imanın zəifliyi və dünyaya arxalanmaq)
6.Özünü öymək, təkəbbür, Allah-taala, Peyğəmbəri (səlləllahu ələyhi və alihi va səlləm) və canişinləri ilə inadkarlıq və düşmənçilik etmək;
7. Şeytanın insanın idrakına nüfuzu, əql və fitrətinə, hisslərinə və məhəbbətinə vaqif olması;
8. Nəfsin və iradənin zəifi;
9.Vacib əməlləri yerinə yetirməkdə və haramlardan çəkinməkdə, möhkəm imanda qalmaqda səbrsizlik etmək;
10. Haram malın istifadəsi və günahın nəticəsində qəlbin qəsavət bağlaması;
11.Yaradılış aləmində insanın məqam və ehtiramını yaddan çıxması;
12.Dünyanın dəyərsiz malına bel bağlamaq və ona qane olmaq, sərhədsiz şəkildə heyvani şəhvətlərinə, arzularına və istəklərinə bağlı olmaq;
13.Tədriclə insaniyyət məqamından aşağı düşməsi, yaxşı gün keçirməkdən və Allhın hədsiz-hüdudsuz nemətlərinə yetişməkdən ötrü həddən artıq arzularla məşğul olmaq;
İnsanın ölənə qədər bütün bu inhirafedici amilləri islah etməyə imkanı var. Əgər insan islah olunmaqdan ötrü iradə etsə, qocalığa çatmazdan əvvəl ən yaxşı vaxt cavanlıq vaxtıdır; çünki, zaman keçdikcə insanın qəlbində pisliklər, rəzilətlər və pis xasiyyətlər elə kök atır ki, sonradan onu islah etmək çox çətin olur; çünki, insanın qəlbində pis amillərin köklənməsi və dərk qüvvələrinə arxa çevirmək onu süquta salır, o halətdən xilas olub təzədən yüksək məqama qalxmaq çox çətinliklə ələ gəlir. Belə ki, ola bilsin, insan ilk addımda islah iradəsinə dözə bilməsin və ümidsizliyə qərq olsun. Amma insan əgər həmin anlarda dözümlü və diqqətli olsa, eşidən qulağı, azca təfəkkürü olsa, qəlbinin dərinliyində ilahi hidayəti və bağışlanmaq hərarətini duyar. Necə ki, Quranda oxuyuruq, Allah-taala Öz bəndəsinə buyrur: “(Ya Peyğəmbər! Mənim adımdan bəndələrimə) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qur’ana) tabe olun! (Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qur’ana, Peyğəmbərə və mö’minlərə) istehza edirdim!” – deməsin. Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” – söyləməsin. Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin!”
Hər halda nəticə budur ki, istər batini və istərsə də zahiri inhiraf amilləri həmişə insanda batini və zahiri hidayət edici amillərlə mübarizədədir. Haqla batilin bu müqabiləsi, mübarizəsi və düşmənçiliyi insanın son nəfəsinə kimi davam edəcək. Bütün bu mübarizədə hansısa tərəfdə qalmaq və hansısa dəstəyə qoşulmaq, hansı yolda sabitqədəm olmaq və hansı yola daxil olmaq, hamısı insanın öz iradə və ixtiyarı çərçivəsində qərar tutmuşdur. Amma, səbəb və nəticənin bağlılığının zəruriliyini nəzərə alaraq bilməyimiz lazımdır ki, inhiraf baş verməyənə qədər onun əsər və təsirlərini insanın qəlbindən aparmaq çox asandır. Amma əgər inhiraf baş verərsə, əsər və təsiri zərurui olaraq özünü göstərəcəkdir və ən azı bir müddət insandan bəzi yaxşı əməllərə nail olmaq tofiqinin aradan getməsində özünü biruzə verəcəkdir. Bunun da əsərlərini aradan aparmaq üçün istər-istəməz bir müddət zamana və zəhmətə ehtiyac olur. Bundan da mühüm əgər bu inhiraflar insanın ölüm anına qədər davam etsə, artıq onun giriftarçılığından qurtulmaq demək olar ki, qeyri-mümkündür. Bəs, belə olan halda, nə qədər ki, gec deyil, özümüzə gələk və Allah-taalaya möhkəm iman və yaxşı əməllərimizlə inhirafa düşmüş əməllərimizi və etiqadlarımızı islah edək, dünya və axirətdə onun acı təsirlərini aradan aparaq.
Ona görə də Allah-taala Quranda buyurur: “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!” Allahın haqq dinində möhkəm dayanın, bu yolda möhkəmlik və tofiq tapmaqdan ötrü Allah-taalaya möhkəm iman gətirən, Ona təvəkkül, nəfsinizə etimad və Əhli-Beytə (əleyhimussalam) təvəssül etməklə nailiyyət qazanın! Beləliklə, bütün süstlük, naümidsizlik və inhirafı kənara qoyun və nəfsinizlə mübarizə meydanına daxil olun ki, Allah-taalanın xüsusi hidayət və köməyi sizə də aid olsun! Çünki, Allah-taala Quran Özü vədə verib ki: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö’minlərin tərəfində durar!)”
İşə başlamaqdan ötrü Əmirəl-möminin Əlinin (əleyhis-salam) buyurduğu dəyərli kəlamlara cani dildən qulaq verək və qəlbimizin nuraniləşməsindən ötrü diqqətimizi bu kəlama yönəldək. Həzrət buyurur:”
“Bilin ki, sizin yolunuz Siratdan (cəhənnəm körpüsündən) kecəcək ki, addımlar onun üzərində büdrəməkdən titrər, insan böyük qorxu və həyəcana düşər. Belə isə, ey bəndələr, qorxun Tanrıdan! (Qiyamət gününün) fikir və düşüncəsi ürəyini bürüdüyü, (ilahi əzabdan) xof və qorxu bədənini incitdiyi, gecə ibadət və itaətlərinin az olan yuxusunu da əlindən aldığı, (Pərvərdigarın rəhmətinə) ümi­di günün günorta çağı (isti və hərarətin şiddətli çağında) onu susuz saxladığı (gecələri oyaq, gündüzləri oruc olan), dünyaya meylsizliyi nəfsi istəklərinin qarşısını aldığı, Allahın zikri dilinin əzbəri olan (həmişə Allahı xatırlayan) ağıllı insanın qorxduğu tək qorxun! (Qiyamət günündə) əmin-amanlıqda olmaq üçün (günah və itaətsizlikdən olan) qorxunu üstün tutdu (qiyamətdə əzaba mübtəla olmamaq üçün dünyada günah etmədi), onu doğru və aşkar yoldan saxlayan söz və əmələ gözlərini bağladı və yaxşı olan, aydın, doğru yola (Allahın razılığı və şadlığına) çatmaq üçün ən yaxşı yolları seyr etdi. (Nicat üçün) böyük maneə olan (dünyaya) aldanmaq onu (ibadət və bəndəlikdən) saxlamadı. Şübhəli şeylər ona gizli deyil (heç bir işdə o, nadan deyil), müzəffər və (cənnət) müj­dəsinin sevincindən, ən asudə yatağında (qəbirdə) çox rahat və xoş olmağına, daha əmin-aman gündə (qiyamət­də) şaddır. Dünyanın keçidindən keçdi və tərifləndi. Axirətinin azuqəsini əvvəlcədən göndərərək xoşbəxt oldu. (Allah) qorxusundan (doğru yola tələsdi). Möhlət ve­ril­miş dünyada (ibadət və bəndəlik üçün) sürətlə irəlilədi. Allahı razı salmaq üçün şövqə gəldi. (İlahi əzabdan) qaçmaq üçün (doğru yolla) getdi. Bu günündə (dünyada) sabahını (axirətini) qoruyurdu. Onu gözləyənləri (qəbir, bərzəx və qiyamətdəki halını) köçməmişdən qabaq gördü. Deməli, cənnət bəxşiş və savablarına görə (xeyir əməl sahiblərinə) kifayət edər. (Elə işlər görün ki, əbədi məkanınız orada olsun), cəhənnəm də əzab və çətinliklərinə görə (günahkar insanlara) bəs edər. (Elə iş görün ki, ora düşməyəsiniz). Yetər ki, Allah (pis əməl sahiblərindən) intiqam alsın və (yaxşı əməl sahiblərinə) mədəd və kömək olsun. Qur’anın (ona əməl etməyənlərə qiyamət günündə) sübut gətirərək düşmən kəsilməsi bəs edər.”
İstifadə olunmuş ədəbiyyat;
1. İmam Xomeyni, Adabus-Salat;
2. Cavad Amuli, Əbdullah, Təfsir Təsnim, c.1;
3. Cavad Amuli, Əbdullah, İnsanın Quranda yolu və surəti,
4. Cavad Amuli, Əbdullah, Quranda Fitrət, İsra,
5. Cavad Amuli, Əbdullah, Quranda əxlaqın əsasları,
6. Cavad Amuli, Əbdullah
7. Quranda əxlaqın mərhələləri,
8. Təbatəbai, Mühəmməd Hüseyn, Təfsir Əl-Mizan, c.1;
9. Feyz Kaşani, Təfsir Safi, c.1;
10. Quran kərim;
11. Misbah Yəzdi, Məhəmməd Təqi, Quranda əxlaq;
12. Nəhcül-Bəlağə, tərcümə, Məhəmməd Dəşti, mövzu üzrə mündəricat, inhiraf və əyrilik sözləri;


more post like this