Məscidləri və Kəbəni “Allah evi” adlandırmağımızın səbəbi bu məkanların təkallahçılıq mərkəzi olması, həmin məkanlarda dini vəzifələrin yerinə yetirilməsidir. Məscidlərdə və Kəbədə yalnız Allaha ibadət olunur. Bu məqamı həmin yerlərə Allah-taala əta etmişdir. Bəzi günlər də “Əyyamullah”, yəni Allahın günləri adlandırılır. Bu o demək deyil ki, Allah üçün hansısa zaman ayrılmışdır və zamanın Allaha təsiri var. Sadəcə həmin günlərdə dini əzəmətləndirən, onun daha da yayılmasına səbəb olan hadisələr baş vermişdir.


more post like this