Niyə Həzrət Peyğəmbər (s) istiğfar edirdi (əfv diləyirdi)? Əgər Peyğəmbər (s) məsum idisə və günaha düçar olmurdusa nədən dualarında günahlarına görə bağışlanmaq istəyirdi?

Bu sualın cavabını almaqdan ötrü aşağıdakı nöqtələrə diqqət yetirin:

1.         Tövbə İslamda böyük ibadətlərdən biri hesab olunur. Necə ki, Allah Qurani-Kərimdə həqiqi möminləri belə vəsf edir:

«الصَّابِرِينَ وَ الصَّادِقِينَ وَ الْقانِتِينَ وَ الْمُنْفِقِينَ وَ الْمُسْتَغْفِرِينَ بِالْأَسْحارِ »؛

“Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxan-lardır).” (Ali-İmran surəsi, 17-ci ayə)

Başqa bir ayədə isə oxuyuruq:

«كانُوا قَلِيلاً مِنَ اللَّيْلِ ما يَهْجَعُونَ. وَ بِالْأَسْحارِ هُمْ يَسْتَغْفِرُونَ »؛

 

“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (Zariyat surəsi, 17-18-ci ayələr)

Göründüyü kimi Qurani-Kərim tövbəni möminlərin ən yaxşı əməli hesab etmiş və onları tövbə etməyə dəvət etmişdir:

«تُوبُوا إِلَى اللَّهِ جَمِيعاً أَيُّهَا الْمُومِنُونَ لَعَلَّكُمْ تُفْلِحُون »؛

“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (Nur surəsi, 31-ci ayə)

«إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ »؛

“Həqiqətən də Allah tövbəkarları və pakları sevir”. (Bəqərə surəsi, 222-ci ayə)

Zikr olunan ayələrdən anlaşılır ki, tövbə ibadət olduğundan bütün möminlər ona dəvət olunmuşlar. Çünki tövbə İlahinin rəhmət qapılarının açılmasına, insanın Allaha yaxınlaşmasına səbəb olar və bəndənin İlahi dərgah qarşısında təvazökarlıq əlamətidir. Məhz elə bu üzdən İlahi övliyaların hər kəsdən daha qabaqcıl və layiqli şəkildə Allahın bu göstərişinə təslim olub əməl etmələri labüddür. Çünki Tanrıya yaxınlığı da məhz bu əməlləri ilə əldə etmişlər.

Tövbənin nədəni insanlara görə fərqlidir. Günahkarların tövbəsi günahdan tövbə, İlahi övliyaların tövbəsi isə Allahdan qeyrisinə bir anlıq diqqət yönəltdiklərinə görədir.

 

2.         İlahi övliya və məsumlar öz əməllərini Allahın sonsuz məqamı qarşısında kiçik hesab etdiklərinə görə, ona layiq olmadığını düşündüklərindən hər zaman tövbə edirdilər.

 

3.         Həzrət Peyğəmbərdən (s) bu məzmunda bir hədis nəql olunmuşdur:

«انّه ليُغان على قلبى و انّى أستغفراللَّه فى كلّ يوم مائة مرّه»؛

“Gah qəlbimə toz qonur deyə mən hər gün yetmiş dəfə Allahdan bağışlanmaq diləyirəm.” (Mustədrəkul-vəsail, c.5, səh.320)

 

4.         Bizim istiğfar etməyimizlə ilahi övliyaların tövbə etmələri fərqlidir. Biz istiğfar edirik ki, gördüyümüz günahlarımız bağışlansın, onlar isə bağışlanma diləyirlər ki, günahdan amanda qalsınlar. Onlar tövbə və istiğfar etməklə əslində öz məsumluq dərəcələrini artırmış və qorumuş olurlar.

 

5.         Peyğəmbərin (s) daim İlahi dərgaha tövbə edərək bağışlanmaq istəməsi ümmətin tərbiyəsi üçün müsbət təsir göstərir. O, bu hərəkəti ilə başqalarına Allah dərgahında necə tövbə etməyi və az əməllərinə görə qürurlanmamağı öyrətmiş olur.

 

6.         Allah, hicrətin 8-ci ilində nazil etdiyi “Nəsr” surəsində Peyğəmbərə xitab edərək buyurur:

«إِذا جاءَ نَصْرُ اللَّهِ وَ الْفَتْحُ. وَ رَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فى دينِ اللَّهِ أَفْواجاً. فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَ اسْتَغْفِرْهُ إِنَّهُ كانَ تَوَّاباً»؛

“(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Alla-hummə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr surəsi, 1-3-cü ayələr)

Bu ayədə Peyğəmbərə (s) ona görə günah nisbəti verilmişdir ki, Həzrət (Məkkə müşriklərinin məğlubiyyəti və müsəlmanların zəfəri barəsində) İlahi vədənin həyata keçməsində darıxıb nigarançılıq keçirmişdir. İlahi vədə həyata keçdikdən sonra Allah Peyğəmbərdən (s) Allahın vədəsinin haqq olduğunu bilə-bilə sıxıntı keçirdiyinə görə ondan istiğfar etməyi istədi.

 

 

sualcavab.ge

 

 


more post like this