Cavab: İmam Baqir (əleyhissalam) buyurur: “Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə, camaatın imanını isə o biri gözünə qoysalar, Əbu Talibin imanı ağır olacaqdır.” imam Sadiq (əleyhissalam) Peyğəmbərdən (s.ə.v.v) nəql edərək buyurur: “Əshabi Kəhf (bir çox səbəblərə görə) imanlarını gizli saxladılar və zahirdə özlərini kafir kimi göstərdilər. Allah da buna görə onlara iki qat savab verdi. Əbu Talib də onlar kimi, islama olan imanını gizlədib müəyyən məsləhətlər üzündən zahirdə özünü müşrik kimi qələmə verdi. Bu zaman Allah təala ona iki qat savab verdi.” Qeyd olunandan aydın olur ki, Əbu Talib islama və Peyğəmbərə iman gətirmişdir. NUR-AZ.COM


more post like this