İslam dünyagörüşü prinsiplərinin bir hissəsində dinə [İslam dininə] olan etiaqdın əsasını təşkil edən “əbədihəyata və ya axirət dünyasına” olan imandır. Axirət dünyasına iman gətirmək müsəlmançılığın əsasşərtlərindən biridir. Yəni axirət dünyasına iman gətirməyən şəxs müsəlman ümmətindən xaric olmuş hesab olunur.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tövhidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona imangətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Kəlam alimləri bu prinsipi dini ədəbiyyata “məad” terminikimi daxil etmişlər.

Qurani-Kərimdə axirət dünyası, məhşərdə aparılan sorğu-sual, cənnət və cəhənnəm, ölülərin məhşərə necədaxil olmaları, insanların əməl dəftərləri, axirət dünyasının əbədiliyi və bu kimi digər məsələlər haqda yüzlərlə ayə iləqarşılaşırıq. Amma on bir ayədə məhz Allaha iman gətirdikdən sonra axirət dünyasına iman gətirməyin zəruriliyinəişarə edilmişdir. Onlardan biri də “Yəvmul-axir”, yəni sonuncu gündür. Qurani-Kərim bu ifadə ilə bizə iki mühümməsələni bəyan edir:

1. İnsan həyatı, başqa sözlə, dünyanın qət etdiyi mərhələ iki qismə bölünür və onların hər birini “gün” kimitanımalıyıq. Onlardan biri ilk olaraq başlayır və digəri başlamazdan əvvəl sona çatır (yaşadığımız aləm). Sonrakı günisə ikinci mərhələ olaraq başlayır, amma birincidən fərqli olaraq sona çatmayır (axirət dünyası). Qurani-Kərimin bəziayələrində bu dünya “Ula” – yəni əvvəl, axirət dünyası isə “Axirət” – yəni son kimi ifadə olunmuşdur.

2. Digəri isə bundan ibarətdir ki, biz ilk mərhələdə bu dünyanı qət edirik və hələ ki, ikinci mərhələyə (axirətdünyasına) çatmamışıq, o bizdən gizli və pünhandır. İstər bu dünyada, isətərsə də axirət dünyasında səadətimiz“axirət dünyasına” iman gətirməkdən asılıdır. Bu dünyanın səadəti ona görə axirətə olan imandan asılıdır ki, biz budünyada gördüyümüz bütün işlərin əksül-əməlinə diqqət yetirməli oluruq. Belə ki, insan bu dünyada gördüyü bütünişlərin hesabını axirət günü məhşərdə verməli olacaq. Demək, heç bir şey məhv olub aradan getmir. İnsanın aqibətikimi bütün işlərin də axirətdə müəyyən hesabatı olacaqdır.

Belə isə səadətə nail olmaq üçün ilk növbədə özümüzü islah etməyə və bütün xoşagəlməz əməl vədüşüncələrdən uzaq olmağa çalışmalıyıq. Daim yaxşılığa doğru getməli və xeyirxah addımlar atmalıyıq. Axirətdünyasının səadətinin axirətə olan imanla bağlılığına gəldikdə isə, bunu bilmək kifayətdir ki, insan axirətdə, budünyada gördüyü işlərin müqabilində cəzalandırılıb və ya mükafatlandırılacaqdır. Bütün bunları nəzərə alaraq, Quranaxirət dünyasına iman gətirməyi lazım və zəruri hesab edir.
AXİRƏT DÜNYASINA İMANIN MƏNBƏ VƏ MƏNŞƏYİ

Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətəçatdırılan vəhydə görmək lazımdır.

Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlaraAllah tərəfindən nazil olan vəhy məhz həqiqətdir. Onlar Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətəçatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni “məad” olmuşdur.Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni axirət dünyasına olan imanının az və ya çoxolması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumidünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirətdünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları yanlış təfəkkür tərzinə və cəhalətə qatılmamalıdır.

Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları davardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məadhaqda söylədiklərini təsdiq edir.

Və bu yollar:

1. Allahı tanımaqdan;

2. Dünyanı tanımaqdan;

3. İnsan ruh və nəfsini tanımaqdan ibarətdir.

Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açmaq istəmirik və yalnız vəhy vənübüvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, birqədər sonra “Quranın axirət dünyası haqda dəlilləri” adlı bir mövzu haqda söhbət açacağıq.

Haqqında söhbət açılması zəruri olan məsələ isə, İslamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışıvə ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir:

1. ölümün mahiyyəti;

2. ölümdən sonrakı həyat;

3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi;

4. Böyük qiyamət;

5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə və rabitəsi;

6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi və onun təsiri;

7. Bu dünyanın, axirət dünyası ilə oxşar və fərqli xüsusiyyətləri;

8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil və sübutlar;

ÖLÜMÜN MAHİYYƏTİ

Ölüm nədir? Ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?

Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşatapmağa və ya verilmiş cavablara iman gətirməyə meyil edir.

Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və oradadeyilənlərə iman gətiririk.

Quran ayələrində ölüm özünəməxsus ifadə ilə “təvəffa” adlandırılmışdır. “Təvəffa” və “istiyfa” sözlərininhər ikisinin kökü “vəfa” kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər “istifa” felindənistifadə edirlər. Məsələn, “təvəffəytul-malə”, yəni “malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadanqəbul etdim.”

Qurani-Kərimdə on dörd yerdə bu ibarə “ölüm” mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlməkolur ki, ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu iləAllah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvilalırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.

1. Ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqliolaraq davam etdirir.

2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradangedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti“nəfs”, bəzən də “ruh” adlandırır.

3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcəbaxımından maddiyyatdan daha üstün məqamda qərar tutmuşdur.

Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəritəkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdəqərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudununbir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.

Qurani-Kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aidetmək olar. Allah-taala bu ayələrin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğunaişarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur: “Mən ona öz ruhumda üfürdüm.”[1]

İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonraəbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdəruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarəedilmişdir.

Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət vermir. İnsan dünyasını dəyişdikdənsonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdənbəhrələnmək heç bir məna kəsb etmir. Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlərədd edir. Onlar “İsra” surəsinin 85-ci ayəsinə istinad edirlər: “[Ya Mühəmməd!] Səndən ruh [ruhunkeyfiyyəti və mahiyyəti] haqqında soruşarlar. De ki: “Ruh Rəbbimin əmrindəndir.”

Quranda dəfələrlə ruha işarə edilmişdir, amma ayədən göründüyü kimi məqsəd tam başqa bir şeydir.

Onlar bunu bilməlidirlər ki, nəzərdə tutduqları mətləb Quranın iyirmiyə yaxın digər ayələridir. Əlavə olaraqqeyd etmək lazımdır ki, ruh həmin ayənin bəzilərində yalnız (ruh), bəzilərində isə “ruhəna” – ruhumuz,“ruhul-qudus” – müqəddəs ruh, “ruhi” – ruhum, “ruhən min əmrina” – ruh bizim əmrimizdir və s. formalardagəlmişdir. O cümlədən, insan haqda deyilir: “Mən ona öz ruhumdan üfürdüm.”

Bütün bunlar bir daha bu həqiqəti sübuta yetirir ki, Quran “ruh” adlı müqəddəs bir varlığı insan və mələklərdəndaha üstün tutur. İnsan və mələklər ilahi feyzdən ruhlanırlar. “Hicr” surəsinin 21-ci və ruhu bəyan edən ayələrdənbelə məlum olur ki, ruh maddi olmayan və müqəddəs bir varlıqdır. İndi isə dünyasını dəyişdikdən sonra insanın başqabir aləmə köçəcəyini bəyan edən on dörd ayədən üçünə işarə etmək istəyirik: “Mələklər öz nəfslərinə zülmedənlərin [Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin] canlarını alarkən [onlara]deyəcəklər. “Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif[aciz] kəslər idik!”. [Mələklər də onlara]: “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O, necə də pis yerdir!”[2]

Bu ayə fitnə-fəsad baş alıb getdiyi bir şəraitdə yaşayan kəslər barəsində nazil olmuşdur. Onlar özlərinəbəraət qazandırmaq üçün üzrxahlıq gətirərək deyirdilər: “Biz fitnə-fəsadın baş alıb getdiyi bir yerdəyaşayırdıq və əlimizdən heç bir şey gəlməzdi.” Bir halda ki, yaşadıqları mühiti islah etməli, dəyişməli, bu işmümkün olmadıqda isə oranı tərk etməli, mənəviyyatlarını qoruyub saxlamalı idilər. Dünyaları dəyişdirdikləri zamanmələklər ruhlarını təhvil alar və sonra onlardan sorğu-sual apararlar. Onlardan bu cavabı eşitdikdə onu əhəmiyyətsizhesab edərlər, çünki islah apara bilməsəydilər də, heç olmasa oradan mühacirət edə bilərdilər. Mələklər onlaradeyərlər: Düçar olduğunuz fəlakətlərin və günahların səbəbkarı siz özünüzsünüz və artıq üzrxahlıq yeri deyildir.

Ayədən məlum olur ki, çarəsizlik üzündən zülm və fəsada boyun əyməyi, azad yaradılmış insan üçün üzrhesab etmək olmaz. Heç olmasa yaşadığı yeri tərk edib ictimai ədalətə riayət olunan digər məntəqələrə hicrətetməlidirlər.

Göründüyü kimi, burada ölüm və fəna (təvəffa – təhvil almaq) mənasında işlədilmişdir. Bununla yanaşı ayədəmələklərin, insan dünyasını dəyişdikdən sonra onunla apardıqları sorğu-suala və dəlil gətirməsinin tələb olunmasınaişarə edilmişdir. Təbii ki, əgər dünyasını dəyişdikdən sonra quru bir cəsədə çevrilib, müəyyən müddət keçdikdənsonra məhv olub aradan gedəcəkdirsə, onunla sorğu-sual aparmaq heç bir məna kəsb etməzdi. Demək, insandünyasını dəyişdikdən sonra axirət dünyasında başqa bir göz, qulaq, dil və sair bədən üzvləri ilə adi gözləgörünməyən mələklərlə təmasda olacaqdır. Quranda buyurulur: “[Axirətə inanmayanlar] dedilər: “Məgər biztorpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?”. Bəli, onlar Rəbbi iləqarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkaredən kəslərdir. [Ya Mühəmməd!] De ki: “Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır.Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.”[3]

Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunur. Onlar deyərlər: Öldükdən sonrabədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik?

Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. “Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız. O ki,qaldı çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradangetməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlk də qeyri-mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir mənakəsb etməyir.”

Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndəşəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyətvə mahiyyətimiz məhv olub aradan getməyirmi?

Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızıdəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmur. Belə olduğu bir halda, bir daha onlarıtapıb bir yerə yığmağa ehtiyac duyulmur. Quranda buyurulur: “Allah [əcəli çatan şəxslərin] canlarını onlaröldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar [çünki yuxu daölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir]. ölümünə hökm olunmuş şəxslərincanlarını [ruhlar aləmində] saxlayar [onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də,bədən ölüb gedər]. Digər [ölümünə hökm olunmamış] şəxslərin canlarını isə müəyyən birmüddətədək [əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə] qaytarar. Həqiqətənbunda düşünən bir qövm üçün [Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölülərin diriləcəyinədəlalət edən] əlamətlər vardır.”[4]

Bu ayədə yuxu ilə ölümün oyanış ilə sonuncu besətin (insanların qəbrlərdən çıxarılması) oxşarlığına işarəolunur. Yuxu – ölümün zəif və kiçik, ölüm isə yuxunun böyük və güclü formasıdır. Hər iki halda, ruh bədəndən ayrılıbbaşqa bir aləmə qovuşur. Fərq yalnız bundan ibarətdir ki, insan yatarkən heç nəyin fərqinə varmayır və oyandığızaman kiçik səfərdən qayıtdığını dərk etmir. Dünyasını dəyişdikdə isə artıq hər şey ona məlum olur.

İşarə etdiyimiz bu üç ayədən məlum olur ki, Quran ölümü heç də fəna və yoxluq hesab etmir. Ölüm buradainsanın bir aləmdən başqa bir aləmə köçməsinə bənzədilmişdir. Bununla yanaşı, yuxu haqda da dəyərli məlumatverilir. Məlum oldu ki, yuxu ilk baxışda təbiətin müvəqqəti sükut və dayanşışına bənzəsə də, ruhi nöqteyi-nəzərdənbatinə və ilahi aləmə edilən bir növ müvəqqəti müraciətdir. Yuxu da ölüm kimi elmin kəşf edə bilmədiyi sirlərdənbiridir. Elmə məlum olan yalnız bədəndə baş verən bəzi cərəyan və dəyişikliklərdir.

ÖLÜMDƏN SONRAKI HƏYAT

İnsan dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələkeçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, qiyamətin nə vaxt baş verəcəyi yalnız Allahaməlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır). Bu barədə nazil olmuş bir çox Quranayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş “mütəvatir” hədislərdə dünya ilə qiyamət arasındakı aləmə(bərzəx aləminə) işarə olunmuşdur. Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcəkdir. Hər şey dəyişiləcək vəheç bir varlıq olduğu kimi qalmayacaqdır. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaqdır. Bizaləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundansonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündənəvvəlki dünyalarını dəyişəcəkdir. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamətgününədək özünü boşluqda hiss etməyəcəkdir. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonraheç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə, nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki,dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahinemətlərlə mükafatlanacaq və ya əksinə olaraq əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaqdır. Bu mərhələqiyamət gününədək davam edəcəkdir. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir aniçində böyük dəyişikliklər baş verəcəkdir. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesabolunur.

Demək, Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə, insan dünyasınıdəyişdikdən sonra iki mərhələ qət etməli olacaqdır. Biri bu aləm kimi sonu olan “bərzəx” aləmi, digəri isə sonuolmayan “axirət” dünyasıdır.

BƏRZƏX ALƏMİ

İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-Kərim bu dünya ilə qiyamət gününədək olanfasiləni bərzəx adlandırmışdır. “Muminun” surəsinin 100-cü ayəsində deyilir: “Bəlkə [indiyə qədər] zayetdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıbsaleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib[haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdənsonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.”

Bu dünya ilə qiyamət arasında olan fasiləni (bərzəx aləmini) bəyan edən bir neçə Quran ayəsi vardır. Buayələrə istinad edərək İslam alimləri belə bir nəticəyə gəlmişlər ki, dünya ilə qiyamət arasında başqa bir aləm vardırvə onun adı “bərzəx aləmidir”.

Ayənin məzmunundan belə məlum olur ki, insanlardan bəziləri dünyalarını dəyişdikdən sonra dünyadagördükləri nalayiq işlərə görə peşmançılıq çəkər və yenidən dünyaya qayıtmaq istərlər, amma onların istəkləri qəbulolunmayıb rədd cavabı alarlar. Qurani-Kərimdə bərzəx aləmi və oranın sakinlərinin vəziyyətini bəyan edən on beşayə mövcuddur və bu ayələr bir neçə qismə bölünür.

1. Mələklərin, [dünyalarını dəyişdikdən dərhal sonra] əməli-saleh və fasid, günahkar insanlarla apardıqlarısöhbətlər bu qəbildən olan ayələrə Quranda çox rast gəlmək olur. Bir qədər əvvəl işarə etdiyimiz “Nisa” surəsinin97-ci və “Muminun” surəsinin 100-cü ayəsi həmin ayələrə dəlalət edir.

2. Mələklərin əməli-saleh insanlara verdikləri müjdələr haqda nazil olmuş ayələr. Yəni əməli-saleh insanlarbərzəx aləminə daxil olduqdan sonra mələklər onlara ilahi nemətlərlə (cənnət) bəhrələnəcəklərini və qiyamətintizarında olmayacaqlarını xəbər verərlər. Bu məzmunda iki ayə nazil olmuşdur.

“O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz [gözəl] əməllərəgörə cənnətə daxil olun! – deyərlər.”[5]

“[Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib öldürdülər]. Ona [şəhidolduğu üçün Allah dərgahından] “Cənnətə daxil ol!” – deyildi. [Həbib Nəccar cənnətə daxil oluboradakı nemətləri, hörmət-izzəti gördükdən sonra] dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məniniyə bağışladı və niyə görə hörmət sahiblərindən etdi.”[6]

Bundan əvvəlki ayələrdə mömin və əməli-saleh bir şəxsin Antakiya şəhərində yaşayan yerlilərinin haqq yolagəlmələrini və peyğəmbərə iman gətirmələrini istəməsi bəyan olunur. Amma onun sözünə kimsə əhəmiyyət vermir vəamansızcasına qətlə yetirilir. Şəhadətə nail olduqdan sonra ilahi nemətlərlə bəhrələndiyini görüb həsrətlə öz xoşbəxthəyatında agah olmalarını və eyni zamanda bunu onlara da arzu edir. Məlum olduğu kimi, bütün bunlar qiyamətgünündən əvvəl baş verəcəkdir və o gün dünyaya gəlmiş ilk və sonuncu şəxs [məhşərdə] bir yerə toplanacaq vəyer üzündə kimsə qalmayacaqdır.

Bu məsələyə diqqət yetirmək lazımdır ki, əməli-saleh mömin insanlara nəsib olacaq cənnət deyil – cənnətlərdir.Belə ki, axirət dünyasında cənnətin bir neçə təbəqəsi vardır və oranın hər birində iman baxımından bir-biri iləfərqlənən möminlər, əməli-saleh insanlar, xeyirxah işlər görənlər, alim və şəhidlər və sair sakinlər olar. Bundanəlavə, Əhli-beyt (ə)-dan nəql olunmuş hədislərdən bizə belə məlum olur ki, cənnətin bəzi təbəqələri axirət aləminədeyil, bərzəx aləminə aiddir. Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan ayələrdəki cənnət kəlməsini axirətdünyasının cənnətləri ilə əlaqələndirmək olmaz.

3. Üçüncü qismə bölünən ayələrdə artıq mələklərlə insanlar arasında baş verən söhbətlərə toxunulmur.Burada birbaşa əməli-saleh və günahkar (fasid) insanların aqibəti bəyan olunur.

“Allah yolunda öldürülənlərin [şəhid olanları] heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbininyanında diri olub, ruzi [cənnət ruzisi] yeyirlər. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyinemətə [şəhidlik rütbəsinə] sevinir, aralarınca gəlib hələ özlərinə çatmamış [şəhidlik səadətinəhələ nail olmamış] kəslərin [axirətdə] heç bir qorxusu olmayacağına və onların qəm-qüssəgörməyəcəklərinə görə şadlıq edirlər.”[7]

“Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və [vəhdaniyyətimizi sübut edən] açıq-aşkarbir dəlillə göndərdik. Firon və onun əyan-əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinəsığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar [yaxud Misirdə hakim olduqları İsrailoğullarına əzab-əziyyət verməkdə davam etdilər].”[8]

Ayə Fironun iki növ əzaba düçar olacağını bəyan edir. Onlardan biri “suul-əzab” – yəni ağır və dözülməzəzab adlandırılmışdır. Belə ki, hər gün iki dəfə cəhənnəm odunun qarşısına gətirilər, bir qədər qorxudulduqdan sonraoraya daxil olmadan geri qaytarılar. Düçar olacağı ikinci növ əzab isə qiyamət gününə aiddir. Quran bu əzabı“əşəddül-əzab” (şiddətli əzab) adlandırır. Qiyamət gününün hökmü verildikdən sonra onlar Allahın əmri ilə cəhənnəmoduna daxil edilərlər. Birinci növdə, ikinci əzabın əksinə olaraq səhər-axşam əzab yad olunar. Əli (ə) ayənintəfsirində buyurur: “Birinci növ əzab bərzəx aləminə aiddir. Belə ki, orada da gecə və gündüz, həftə,ay və il vardır. İkinci növ əzab isə axirət dünyasına dəlalət edir və orada gecə və gündüz, həftə, ayvə il dövranı baş verməyir.”

Peyğəmbər (s) və digər imamlardan (ə) nəql olunmuş hədislərdə bərzəx sakinlərinin aqibətinə dəfələrlə işarəolunmuşdur. Müsəlmanlar Bədr döyüşündə qalib gəldikdən sonra Qüreyş sərkərdələrinin cəsədlərini döyüşmeydanındakı xəndəklərdən birinə tökdülər. Peyğəmbər (s) üzünü cəsədlərə tutub soruşdu: “Biz Allahın bizəvədə verdiklərinin şahidi olduq. Sizdəmi Allahın vədələrini dərk etdiniz?” Əshabdan bəziləriPeyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Ölülərləmi danışırsınız? Məgər onlar sizin söylədiklərinizi dərk edirlərmi?Buyurdu: “İndi onlar sizdən yaxşı eşidirlər.”

Bu məzmunda nəql olunmuş bir çox hədislərdən belə məlum olur ki, insana dünyasını dəyişərkən can ilə bədənarasında ayrılıq düşsə də, ruh illər boyu birgə olduğu bədəni tamamilə tərk etmir.

İmam Hüseyn (ə) Məhərrəmin onuncu günü sübh namazını əshabı ilə birlikdə qıldıqdan sonra onlar üçün kiçikbir xütbə oxudu. Xütbədə deyilir: “Azacıq səbir edib müqavimət göstərin. Ölüm sizi əzab-əziyyətdənxoşbəxtlik sahilinə çatdıran bir körpüdür. O, sizi gen və əzəmətli cənnətlərdən keçirəcəkdir.”

Başqa bir hədisdə deyilir: “İnsanlar bu dünyada qəflət yuxusundadırlar. Dünyalarını dəyişərkənoyanarlar.”

Hədisin məzmunu bundan ibarətdir ki, axirət həyatı bu dünyada dərəcə baxımdan daha üstün və dahakamildir. Belə ki, insan yatarkən hissiyyatı ən zəif dərəcəyə enir. O, yarı ölü, yarı diri bir varlığa çevrilir. Oyanarkənonun fəaliyyəti daha da kamilləşir. İnsanın dünyəvi həyatı da axirət dünyası ilə müqayisə etdikdə olduqca zəif hesabolunur. Bərzəx aləminə köçdükdə isə, onun həyatı bir daha kamilləşir. Burada iki mühüm məsələyə diqqət yetirməklazımdır.

1. Nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, bərzəx aləmində yalnız insandan iman gətirməsilazım olan məsələlər soruşulacaq. Digər məsələlər isə qiyamət gününə saxlanılacaqdır.

2. Xeyirxah və əməli-saleh insanlar gördükləri işlərin müqabilində ilahi nemətlərlə mükafatlanarlar. Bu işləristər dünya sakinləri (yəni sağ olan qohumlar, dost və qonşular) [məsələn, imkansızlara əl tutmaq, elmi müəssələrtəsis etmək və s.], istərsə də dünyadan köçmüş şəxslər üçün [məsələn, onların niyyəti ilə namaz qılmaq, həccziyarətinə getmək və s.] olsun, ilahi savab və nemətlərlə mükafatlandırılarlar.

Bəzən övladlar valideynlərini hələ sağ ikən öz əməlləri (və ya söylədikləri sözlərlə) narahat edərlər, ammadünyadan köçdükdən sonra öz xeyirxah işləri ilə onların razılığını qazanarlar.

BÖYÜK QİYAMƏT

Həyatın ikinci əbədi mərhələsi “böyük qiyamət” və ya “əbədi axirət” dünyasıdır. Bura, bərzəx aləmininəksinə olaraq, bəzi şəxslərə deyil, aləmdə yaşayan bütün insanlara aiddir. Bu (qiyamət günü) elə bir hadisədir ki,bütün insanları və hər bir canlı, cansız əşyaları özünə tərəf çəkir. Bütün aləm yeni bir mərhələyə və yeni həyataqədəm qoyur.

Qurani-Kərim bu böyük hadisənin baş verəcəyini öz ayələrində dəfələrlə bəyan etmişdir. Belə ki, bu hadisəbaş verməzdən əvvəl, günəş və ulduzlar sönəcək, dənizlər quruyacaq, enişli-yoxuşlu yerlər düzələcək, dağlarovulub töküləcək və hər yeri bürüyəcək gurultulu səslər və dağıdıcı zəlzələlər baş verəcəkdir. Bir sözlə, hər şeyməhv olub aradan getdikdən sonra həyatın yeni mərhələsi başlanacaq və orada bu dünyadan fərqli olaraq əbədiqanun hökm sürəcəkdir. Qiyamət Quranda müxtəlif adlarla çəkilmişdir və onların hər biri axirət aləminə hakim olanqanunu özünəməxsus bir tərzdə bəyan edir. Məsələn, məhşərə insanların ilk və sonuncusunun toplandığı və oradazamanın öz mahiyyətini itirdiyi üçün “Həşr günü”, “Toplantı günü”, batinlər aşkara çıxıb hər şey məlum olduğuüçün “yəvmun-nuşur”, insanlar bu günü dərk etməyib özlərini danlayacaqları üçün “Həsrət günü” ya“yəvmut-təğabun” və bu günün böyük hadisə olduğu üçün “böyük xəbər” adlandırmışdır.

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ RABİTƏSİ

Səmavi kitabların dəfələrlə haqqında söhbət açdıqları məsələlərdən biri də, bu iki aləm arsında olan rabitəyədəlalət edir. Bu iki həyat bir-birindən ayrı deyildir. Axirət dünyasının toxumu insanın öz əli ilə səpilir və insanın aqibətiartıq bu dünyada bəlli olur.

İnsan xoşbəxt həyata nail olması üçün ilk növbədə iman və etiqadını saflaşdırmalı, kin və həsəddən uzaqolmalı, kimsəyə hiylə etməməli, özünün və cəmiyyətin təkamülü üçün ictimai fəaliyyətə qoşulmalıdır. Yox əgərimansızlığa, zülm, riyakarlıq, xudpəsəndlik, qeybət, xəyanət və sair qeyri-insani xislətlərə düçar olarsa, axirətdünyasında əbədi zillət və bədbəxtçiliklərlə qarşılaşacaqdır.

Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən birində buyurulur: “Dünya axirətin əkin yeridir.”

Dünyada səpilən hər bir yaxşı və ya pis toxum axirət günü öz məhsulunu verəcəkdir. İnsanın tikan əkərək güləldə etməsi qeyri-mümkün olduğu kimi, bu dünyada nalayiq işlər görüb axirətdə onun xeyrini görməsi dəqeyri-mümkündür.

İNSANIN GÖRDÜYÜ İŞLƏRİN TƏCƏSSÜM VƏ ƏBƏDİLİYİ

Bir çox Quran ayələrində və Peyğəmbər (s)-dən, habelə imamlardan (ə) nəql olunmuş hədis və rəvayətlərdənbelə məlum olur ki, tək insanın özü deyil, onun gördüyü bütün işlər də əbədi olaraq qalacaq və qiyamət günü onungözləri önündə təcəlli edəcəkdir. Onun gördüyü xeyirxah işlər gözəl və ürəyəyatımlı tərzdə, pis və nalayiq işləri isəçirkin və qorxunc surətdə onun qarşısında təcəssüm edəcək və bütün bunlar onun əzab və işgəncəsinə səbəbolacaqdır. Qurani-Kərimdə buyurulur: “O gün [qiyamət günü] hər kəs etdiyi yaxşı və pis əməlləriqarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır.Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir.”[9]

Ayədən məlum olur ki, insan gördüyü xeyirxah işlərin təcəssümünü müşahidə etdikdə fərəhlənəcək, nalayiqvə xoşagəlməz işlərinə görə isə xəcalət çəkərək ondan uzaq olmağa çalışacaq. Amma bura artıq qaçmaq yerideyildir. Çünki hər bir şəxsin gördüyü işlər onun ayrılmaz hissəsini təşkil edəcəkdir. Qurani-Kərimdə buyurulur: “Ogün insanlar əməllərinin özlərinə göstərilməsi üçün [qəbrlərindən məhşərə] dəstə-dəstəçıxacaqlar! Cənnətdəkilər sağ tərəfdə, cəhənnəmdəkilər isə sol tərəfdə olacaqlar. Kim [dünyada]zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir [mükafatını alacaqdır]. Kim zərrəqədər pis iş görmüşdrüsə, onun zərərini görəcəkdir [cəzasını alacaqdır].”[10]

Həmçinin buyurulur: “Onlar [dünyada] etdikləri bütün əməllərin [öz qarşılarında] hazır olduğunugörəcəklər.”[11]

İnsan və onun gördüyü işlər əbədi olaraq qalacaqdır. O, axirət dünyasında xeyirxah əməllərininsəmərəsindən ya bəhrələnəcək, ya da rüsvayedici şiddətli əzaba düçar olacaqdır.

Bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: Uzaq məntəqələrdə yaşayan müsəlmanlardan birneçəsi Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) söhbət əsnasında onlara bir neçə nəsihət verir. Onlardan biri buidi: “Günü bu gündən axirət dünyası üçün özünüzə yaxşı dost və dostlar tapın. Bilin ki, [məhşərdə]əməlləriniz kimi ünsiyyətdə olduğunuz şəxslər də qarşınızda təcəssüm edəcəkdir.”

Mömin insan, əbədi həyatının xoşbəxtliyi üçün başqaları ilə ünsiyyətdə gözəl əxlaq nümayiş etdirər. O bilirdanışdığı hər bir söz və gördüyü hər bir iş axirət dünyasının əbədi həyatının səmərəsinə çevriləcəkdir.

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: Hər ikisi həqiqi və cismanidir. Onların hər birindəqəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzikeçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır. Nəhayət, hər iki aləmdə fəza və bir çox cismani varlıqlarmövcuddur.

Fərqləri isə bunlardan ibarətdir: Bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm olsa da, axirətdünyasında bütün bunlar heç bir məna kəsb etmir.

Bu dünyada insan zəhmətə qatlaşmalı, əkin yerlərini abadlaşdırıb oraya toxum əkməli, xeyirxah işlər görməli,axirət dünyasında isə əkdiyi toxumun [gördüyü xeyirxah işlərin] səmərəsindən bəhrələnməlidir. Bu dünya iş və əməlyeri, axirət dünyası isə nəticə və hesab yeridir. İnsan bu dünyada öz müqəddəratını həll edə bilsə də, axirətdünyasında buna nail ola bilmir. İnsanın dünyəvi həyatı ölümlə nəticələnir və bu dünyada bir gün cansız olan birvarlıq sabah canlanır və ya əksinə olaraq bir gün canlı olan varlıq sabah cansız bir varlığa çevrilir. Axirət dünyasındaisə, mütləq həyat və qanun hakimdir. Orada heç bir dəyişiklik baş vermir. Axirət dünyasının cismi varlıqları (yer, göy,bağ və meyvələr və s.) insanın təcəssüm edən əməlləri kimi canlı və hər şeydən agahdır. Bu dünyanın özünəməxsuszaman mərhələsi vardır və varlıqlar zaman çərçivəsində müxtəlif şəraitlərdə təkamülə doğru hərəkət edir. Axirətdünyasında isə hər şey Allahın istək və iradəsindən asılıdır. Bu dünyadan fərqli olaraq insanın axirət dünyasındakışüuru daha fəal olur. Başqa sözlə, pərdə və maneələr insanın gözləri önündən götürülür və o həqiqətlər olduğu kimigörünməyə başlayır. “Qaf” surəsinin 27-ci ayəsində bu haqda buyurulur: “Artıq bu gün gözünüzdən pərdənigötürdük. Sən bu gün sərrast görürsən.”

İnsanın dünyəvi həyatı yorucu və təkrarolunası fəaliyyətlərdən savayı bir şey deyildir. O, daim nə isə ələgətirməyə və nəyəsə nail olmağa cəhd edər. Amma bir qədər sonra onun üçün adiləşər və yeni-yeni şeylər ələgətirməyə çalışar. İnsan daim nə isə itirdiyini zənn edər və bütün ömrünü, itirdiyi şeyi tapmağa sərf edər. Axirətdünyasında əbədi həyata qovuşduqdan sonra axtardığının nə olduğunu dərk edər. Burada artıq yorğunluğun, ürəksarsıntısının nə olduğunu bilməz. O, hər şeyi unudar və həyatdan ləzzət alar. Qurani-Kərimdə bu haqda deyilir:“Onlar o cənnətlərdə əbədi qalıb oradan ayrılmaq [başqa yerə getmək] istəməyəcəklər.”[12]

Bu səbəbdən də cənnət əhli, əbədi olmasına baxmayaraq, özlərində yorğunluq hiss etməzlər və istədikləri hərbir şey dərhal onların ixtiyarında qoyulduğu üçün artıq heç nəyin fikrini etməzlər.

QURANIN GƏTİRDİYİ DƏLİLLƏR

Qiyamət gününə iman və etiqadımız Quran ayələrindən və Peyğəmbərdən (s) nəql olunmuş hədislərdənqaynaqlandığı üçün bu haqda elmi dəlil-sübutlar gətirməyə heç bir ehtiyac duyulmur. Amma Quranın bizim bumətləbə daha çox əhəmiyyət və diqqət yetirməyimiz üçün gətirdiyi dəlilləri nəzərə alaraq, onlardan bir neçəsinə qısaşəkildə işarə edirik.

Quranın gətirdiyi bəzi dəlillər qiyaməti inkar edən şəxslərə verilən cavablardan ibarətdir. Digər ayələrdəmətləbi bir qədər genişləndirərək bu dünyada qiyamətə oşxar baş verən hadisələrə işarə edilmişdir. Başqa bir ayədəisə qiyamətin zəruri və hər şeyin sonu olduğu bəyan edilir. Demək, Qurani-Kərimin qiyamət haqda gətirdiyi dəlillər üçqismə bölünür:

1. “Yasin” surəsinin 78-79-cu ayəsində deyilir: “Öz yaradılışını unudub: Çürümüş sümükləri kimdirildə bilər?! – deyə hələ Bizə bir məsəl də çəkdi. [Ya Peyğəmbər!] De ki: “Onları ilk dəfə yoxdanyaradan dirildəcəkdir. O, hər bir məxluqu [yaradılışdan əvvəl və sonra da] çox gözəl tanıyandır.”

Qiyaməti qətiyyətlə inkar edən Məkkə müşriklərindən biri çürümüş sümük parçasını Peyğəmbərin (s) qarşısındaovub tozunu göyə atır və sonra istehza ilə soruşur: Havada toz kimi pərakəndə olan sümük zərrəciklərini kim bir yerəyığa bilər?

Bu ayə nazil olur və bu işin aləmlərinin Rəbbi tərəfindən həyata keçəcəyi bəyan olunur.

İnsan bəzən bütün işləri öz qüdrət və istedadı ilə müqayisə edir və onun mümkün və ya qeyri-mümkünolduğunu hesab edir. Hər hansı bir işin öz qüdrət və istedadından xaric olduğunu gördükdə, onu qeyri-mümkünhesab edir. Qurani-Kərimdə bu haqda deyilir: “İnsanın qüdrət və istedadı ilə müqayisə edildikdə təbii ki,qeyri-mümkün hesab edilməlidir. Amma hər şeyi yoxdan yaradan və elmi hər şeyi əhatə edən birvarlıqla müqayisə etdikdə necə?” Allahın yenilməz qüdrətilə müqayisə etdikdə biz onun mümkün və sadə bir işolduğuna əmin olmalıyıq.

Allah-taalanın qüdrət və əzəmətini, qiyaməti və xilqəti bəyan edən ayələrdən belə bir nəticəyə gəlirik ki,bütün hadisələr Allahın istək və iradəsi ilə həyata keçir və Onun üçün qiyamət günü insanı yenidən diriltməsi bir oqədər də çətin iş deyildir.

2. İkinci qismə aid ayələrdə dünyada qiyamət aləminə oxşar hadisələrə toxunulur və bu ayələr iki hissəyəbölünür:

a) Keçmişdə baş vermiş əhvalatlar (ölülərin yenidən dirilməsi) ətraflı şərh olunur. Belə ki, həzrət İbrahim (ə)-ınəhvalatında deyilir: İbrahim (ə) dedi: “Ey mənim Allahım! Mənə ölülərin necə dirildiklərini göstərməyiniistəyirəm. Allah-taala buyurdu: Məgər buna iman gətirməmisənmi? Dedi: Bəli! İman gətirmişəm,amma bunu ürəyimin rahatlığı üçün istəyirəm. Allah-taala buyurdu: “Dörd quş tutub başlarınıbədənlərindən ayırıb bədənlərini tikə-tikə et və onların hər birini dağların zirvəsinə qoy. Sonraonları, özünə tərəf gəlmələrini səslə. Onların yenidən dirilib sənə tərəf gəlmələrinin şahidiolacaqsan.”

b) İbrahim (ə)-ın qeyri-adi əhvalatına deyil, təbiətin hər il payız fəslində ölüb, yaz fəslində yenidən dirilməsinəişarə olunur. Belə ki, biz təbiətdə baş verən bu prosesin hər il şahidi oluruq. Qış mövsümündən sonra təbiətdəyenidən canlanma və dirçəliş başlanır. Amma bir müddət keçdikdən sonra yenidən hər şey öz fəaliyyətini dayandırıb,solğun rəng alır. Axirət günü bu fəaliyyətsizlik bütün aləmdə müşahidə olunacaq. Günəş və onun ətrafına dövr edəndigər planetlər (qalaktika) öz hərəkət dairəsindən xaric olub məhvə doğru yönələcəkdir. Amma bütün bunlarhəmişəlik deyil, müvəqqəti olacaqdır. Axirət dünyasında varlıqlar yenidən dünyadan bir qədər fərqli olaraq yenihəyata başlayacaqlar.

Əlli, altmış, yüz və ya daha çox yaşayan insan hər il təbiətin ölüb və yenidən dirilməsinin şahidi olur. O, bütünbu mərhələni üç yüz altmış beş gün ərzində müşahidə edir və hər il bunun şahidi olduğu üçün bu təbii proseslər ondaheç bir təəccüb doğurmur. Bir anlıq təsəvvür edək ki, ömrümüz əlli-altmış… deyil, bəzi həşaratlar kimi yalnız bir neçəaya davam edəcəkdir. Belə olduqda biz təbiət və ətraf mühit haqda heç bir məlumat əldə etməmiş olarıq. Biz dəonlar kimi baharda dünyaya gəlib, təbiətdə baş verən prosesləri görmədən yaz fəslində dünyamızı dəyişməli olardıq.Bir il ərzində yalnız bir neçə ay ömr edən böcək təbii ki, torpağın ölüb yenidən dirilməsini və həyatın yeni mərhələyəbaşlamasını dərk etmir. Məgər yaşadığı bağı dünya hesab edən bir böcək onun hər hansı bir məntəqəyə və oranınhər hansı bir şəhər və şəhərin hər hansı bir ölkəyə və nəhayət, bütün bunların vahid bir qanuna (günəş sisteminə)tabe olduğunu təsəvvür edə bilirmi?

Bilmirik! Bəlkə də yaşadığımız bu aləm və günəş sistemini təşkil edən digər planetlər başqa bir qalaktikanın kiçikbir hissəsini təşkil edir və onun da üzərinə vahid bir qanun hakimdir. Bütün bunlar bir gün öz fəaliyyətini dayandırıbbir müddət keçdikdən sonra yeni bir mərhələyə başlayacaqdır.

Peyğəmbərlər bir gün hər şeyin sona çatacağını və qiyamət günü insanların məhşərə daxil olaraq yeni həyatabaşlayacaqlarını biz insanlara dəfələrlə xəbər vermişlər. Və biz bu hadisəyə vahid ilahi qanunlar çərçivəsindən xaricproses kimi baxmamalıyıq. Quran qiyaməti yeni bir həyat adlandırır və bu yeni həyatın nümunələrini biz dünyada hərgün müşahidə edirik. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: “Bahar gəldiyi zaman qiyaməti çox yadedin.”

“Fatir” surəsinin 9-cu ayəsində deyilir: “Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Bizo buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. Ölüləridiriltmək də belədir.”

“Həcc” surəsinin 5-7-ci ayələrində deyilir: “Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmurendirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl[meyvədən, bitkidən] bar gətirər. Bu [insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın canagətirilməsi] ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir. [Bu həm də belə birdanılmaz həqiqətə inanmağınız üçündür ki,] qiyamət günü mütləq gələcəkdir, ona heç birşəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcək!”

Bu məzmunda istənilən qədər Quran ayələrini misal çəkmək olar, amma hələlik biz ikisi ilə kifayətlənirik.

3. Üçüncü hissəyə aid ayələrdə qiyamətin zəruriliyi bəyan olunur və burada iki mühüm məsələyə toxunulur:

1. Allahın ədaləti; Bütün məxluqat öz istedad və bacarıqlarına müvafiq olaraq, ilahi nemətlərdənbəhrələnmişdir. Onların birinin nə haqqı tapdalanmış, nə də digərinə üstünlük verilmişdir.

2. İlahi hikmət; Allah-taala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır. Onların hər biriAllah tərəfindən nəticə və kamala doğru sövq edilir. Qurani-Kərimdə buyurulur: “Qiyamətin əbədi həyat vəxoşbəxtliyinin, axirət dünyası ilə mükafat və cəzalandırılmasının olması ədalət prinsipləri ilətamamilə ziddiyət təşkil edir. Qiyamətin olması zülm deməkdir. Zülm isə Allaha xas olmayanxüsusiyyətlərdəndir. Axirət dünyası olmazsa, demək, varlıqlar əbəs və hədər yerə yaradılmışlar.Amma bir qədər əvvəl işarə etdik ki, dünyada baş verən bütün işlər və yaradılmış bütün məxluqatilahi hikmət prinsipləri əsasında həyata keçmişdir.”

Quranın bir çox ayələrində ayrı-ayrılıqda Allahın ədalət və hikmətinə işarə edilmişdir. Aşağıda qeyd edəcəyimizayələrdə isə bu mətləbin hər ikisinə bir yerdə toxunulmuşdur.

1. “Sad” surəsinin 27-28-ci ayələrində qiyamət gününü unudaraq haqq yoldan azmış və şiddətli əzaba düçarolmuş şəxslərin aqibəti bəyan olduqdan sonra deyilir: “Biz göyü, yeri və onların arasında olanları [bütünməxluqatı] boş-boşuna yaratmadıq. Bu, kafirin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərinhalına! Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yeri üzündə fitnə-fəsad törədənlərlə eynitutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?”

2. “Casiyə” surəsinin 21-22-ci ayələrində deyilir: “Yoxsa dünyada pis əməllər edənlər [axirətdə]onları iman gətirib, yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyniolacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! [Dünyada naz-nemət içində yaşayankafirlər:] “Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxşedəcəkdir!” – deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. [Dünyadaaldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, dinyolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur]. Allah göyləri və yeri haqq-ədalətləyaratmışdır ki, [onlar Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət etsin] və hər kəs öz əməlininəvəzini alsın onlara heç bir haqsızlıq edilməyəcəkdir. [Yaxşı əməl sahibinə mükafat veriləcək,pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır.]”

Göründüyü kimi, birinci ayədə Allahın ədalətinə, ikinci ayədə isə ilahi hikmətə toxunulur və ikinici ayəninsonunda Allahın ədalətinə və qiyamət gününün hədəf olmasına bir daha diqqət yetirilir.”

İZAHLAR

Əbədi və xoşbəxt həyatın əsasını təşkil edən bu iki prinsip (Allahın ədaləti və ilahi hikmət) haqda bir qədərməlumat verməyi məqsədəuyğun bilib, onları qısa şəkildə izah edirik.

1. ALLAHIN ƏDALƏTİ

Ədalətin ümumi məfhumu hər hansı bir şeyi öz həqiqi sahibinə çatdırmaqdan ibarətdir. Bir şəxsin öz haqqındanməhrum və başqa birinin buna sahib olması zülm və ədalətsizliyin bərqərar olması deməkdir.

Şagirdlərdən imtahan götürən müəllim əgər onlardan bəzilərinin qiymətini kəsib, bəzilərinkini isə artırarsa,ədalətsizlik etmiş olur.

Ədalətin bərqərar olunması üçün bəzən bərabərliyə diqqət yetirmək lazımdır. Bərabərlik deyildikdə, hamıyaeyni gözlə baxmaq nəzərdə tutulur. Yəni hər bir şəxsin haqqı lazım olan həddə ödənilməlidir. Çoxa layiq olan çox,aza layiq olana isə az verilməlidir. Belə olduqda, heç bir ayrı-seçkiliyə yol verilmir. Amma bəzən bərabərlik deyildikdə,hamının eyni qaydada təmin olunması nəzərdə tutulur. Bu isə ədalət prinsiplərinin tam ziddinədir. Belə ki, hər bir şəxsöz zəhmət və istedadına müvafiq olaraq təmin olunmalıdır. Birinin çox, digərinin isə həddindən artıq az zəhmətçəkməsinə ictimaiyyətdə xüsusi diqqət yetirilməlidir və bərabərlik şüarı altında onların hamısını eyni qaydada təminetmək ədalətdən uzaq olar. Demək, Allahın ədaləti deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, hər birvarlıq ilahi nemətlərlə bacarıq və istedadı çərçivəsində təmin olunur. Nəyin və ya kiminsə, nədənsə məhrum olmasıheç də ədalətsizlik deyildir. Sadəcə olaraq, həmin varlıq məhrum olduğu şeyi ixtiyarında saxlaya bilməsindən və onamalik olmağa qüdrəti çatmamasından irəli gəlir.

İnsan digər canlılardan fərqli olaraq, özünəməxsus istedad və bacarığa malikdir. Heyvanlar bütün işlərini təbiiqanunlar əsasında yerinə yetirirlərsə, insan öz həyat və fəaliyyətini şüur və düşüncə ilə həyata keçirir. O, əxlaq,elm, zövq və digər ilahi xüsusiyyətlərə malik olduğu üçün digər varlıqlardan daha üstün hesab olunur. O, bəzən hərşeyi öz hədəflərinə nail olmaq üçün qurban verir. Quran insanın səadət və xoşbəxtliyini iman və xeyirli işlərdə görür.O, əbədi həyat arzulayan və Allahın razılığını qazanmaq istəyən bir varlıqdır. Çünki insan əbədi həyat arzulamaqlayanaşı ona doğru sövq olunur.

Demək, insan əbədiyyata layiq və qadir bir varlıqdır. Onun ruhunu maddiyyat təşkil etmir. O, daim kamaladoğru hərəkət edir. İnsanın dünyəvi həyatı axirət dünyası ilə müqayisə edildikdə, onun dünyəvi həyatı anabətnindəki doqquz aylıq mərhələyə bənzəyir. Belə ki, ana bətnində görmə, əsəb, eşitmə, cinsi orqan, qan dövranı,tənəffüs və sair orqanlar ixtiyarında olsa belə, onlardan istifadə edə bilmir. O, bütün bunlardan yalnız dünyayagəldikdən sonra bəhrələnə bilir. Bu dünyada da o, görmə, eşitmə və sair qabiliyyətlərə malik olmağına baxmayaraq,bu dünyada axirətdə müşahidə edəcəyi həqiqətləri dərk etməyə qadir olmur. İnsan özünün iman və xeyirxah işləriilə həyatdan zövq alır. İman və xeyirxah işlər yalnız insanın əbədi həyatında və əbədi həyatı üçün özünün həqiqiməna və məfhumunu kəsb edir.

İnsan əbədi həyata yalnız iman və xeyirxah işləri ilə deyil, küfr və dinsizliklə də nail olur. Amma bu əbədihəyat din, iman və xeyirxah işlərlə əldə olunan həyatdan çox fərqlidir. Quran bu əbədi həyatı əzab-əziyyət, işgəncəvə bədbəxtçiliklərlə dolu olan “cəhənnəm” adlandırır.

Heç də belə təsəvvür etmək lazım deyil ki, insan iman və xeyirxah işləri tərk etməklə heyvanlıq (şüursuzluq)dərəcəsinə enəcəkdir. Xeyr. Belə olduqda, Quran insanın ondan da aşağı mərhələyə endiyini bəyan edir: “İnsanheyvandan daha aşağı mərhələyə enir və Allahla olan rabitəsini birdəfəlik qət edir.”

Əgər əbədi bir həyatın varlığını qəbul etməsək, onda ilahi qanunlar çərçivəsində yaşayıb saleh işlər görəninsanlarla, qanuna tabe olmayıb üzdəniraq və nalayiq işlər görən insanları ədalətə riayət etməyən müəllim vəşagirdlərin misalına çevrilir. Belə ki, müəllim il boyu zəhmət çəkib dərs oxuyan və imtahanda müvəffəqiyyət qazananşagirdlərlə yanaşı, əsla dərsə diqqət yetirməyən, sinifdə ədəb qaydalarına riayət etməyib imtahanda damüvəffəqiyyət əldə etməyən şagirdlərə yüksək və eyni qiymət verir və yaxud onların hər ikisini yüksək qiymətdənməhrum edir. Bu zülm və ədalətsizlikdir.

Bu mətləbi sadə dillə də ifadə etmək olar. Belə ki, Allah-taala insanları iman və saleh əməllərə dəvət etmişdir.İnsanlar da bu dəvətin qarşısında iki mövqe tuturlar: Bəziləri bu dəvəti qəbul edib onun fikri, əxlaqi və əməliqanunlarına riayət edirlər, digərləri isə qanundan boyun qaçıraraq fəsad, pozğunluq, zülm və ədalətsizliklə məşğulolurlar. Məlum məsələdir ki, bu dünyada hamı öz əməlinin mükafat və ya cəzasını lazımınca almır və ədalətli birməhkəmənin qurulması labüd bir məsələyə çevrilir. Belə ki, insanların bəziləri ömürlərini xeyirxah işlər, bəziləri isəfitnə-fəsad törətməklə başa vurur və dünyalarını mükafatlandırılmadan və ya cəzalandırılmadan dəyişirlər. Demək,insanların ədalət prinsipləri üzərində mükafatlandırılıb və ya cəzalandırılması üçün axirətin olması lazım və zəruridir.

2. İLAHİ HİKMƏT

İnsanların gördüyü işlər iki qismə bölünür:

1. Heç bir nəticə verməyən, səadət və kamala çatdırmaqda təsiri olmayan əyləncə və işlər;

2. Müqəddəratımızı həll edən və bizi səadət və kamala çatdıran faydalı işlər.

Birinci qismə aid olan işləri puç və batil, ikinci qismə aid olan işləri isə əqli və həkimanə adlandırır.

Demək, bizi kamala çatdıran işlər, gördüyümüz faydalı və xeyirxah əməllərdir. Allahın hikmətli işləri necə? O daözünün gördüyü bəzi hikmətli işləri ilə kamala çatır və ya əksinə olaraq ondan məhrum olur!

O, heç bir şeyə ehtiyacı olmayan mütləq bir varlıqdır. Onun gördüyü bütün işlər xeyir və hikmətdir.“Hikmətli işlər” Allah və insan barəsində müxtəlif məna kəsb edir. Bu məfhumu insana aid etdikdə, onun mal vəsəadətə çatması üçün atdığı uğurlu addımlar və gördüyü xeyirxah işlər nəzərdə tutulur. İlahi hikmət deyildikdə isə,insanların səadət və kamala sövq edilmələri nəzərdə tutulur.

İnsanı kamala çatdıran hikmətli işlərə gəldikdə, mühüm bir məsələyə diqqət yetirmək lazımdır. O da bundanibarətdir ki, insanın gördüyü işlər və hasil etdiyi nəticə arasında həqiqi rabitənin mövcud olmasına heç bir zərurətduyulmur. Yəni kamal insanın gördüyü işin nəticəsi deyil, ondan bəhrələnməsidir. Məsələn, dəmirdən maşın düzəldir,daşdan ev tikir, parçadan paltar tikir və s. Evin tikilib və ya maşının düzəldilib hazır olması kamal deyil, ondansəmərəli istifadə və bəhrələnmək kamal hesab olunur.

Amma Allahın gördüyü işlər və nəticə arasında həqiqi rabitə bərqərardır. Yəni hər bir işin nəticəsi həmin işinkamalı deməkdir. Allah yaratdığı hər bir varlığı kamala doğru istiqamətləndirir və onu son mərhələyə çatdırır. Aditoxumun göyərərək buğdaya çevrilib səmərə verməsi, onun son mərhələsi və kamala çatması deməkdir.

Bu günlər bir çoxlarının, haqqında mübahisə etdikləri məsələlərdən biri də dünya və təbiətin daimi dəyişkən vəqeyri-sabit olmasının isbatı haqqındadır. Belə bir əqidəyə əsaslananlar dünyanın daim hərəkətdə olduğunu və yetkinnəticəyə çatmadığını iddia edirlər. Yəni dünya hər hansı bir mərhələni arxada qoyduqdan sonra, yeni mərhələlərləüzləşir və beləliklə, yeni-yeni mərhələləri keçərək həqiqi məqsədə nail olmur. Dünyanın keçdiyi mərhələləri yalnız ozaman həqiqi hesab etmək olar ki, nəticədə son və həqiqi məqsədə çatmış olsun. Demək, dünya özünün sonmərhələsinə çatmayırsa, puçluqdan savayı bir şey deyildir.

Quran onların cavabında deyir: Əgər yalnız dünya və təbiət nəzərdə tutulsa, belə bir fərziyyə iləqənaətlənmək olardı. Əgər torpaq üzərində göyərmiş ot saralıb aradan getməklə və dünyaya gəlmiş hər bir varlıqmüəyyən müddət keçdikdən sonra məhv olmaqla nəticələnsəydi, belə bir naqis fərziyyəyə əsaslanmaq olardı. Ammavarlıq deyildikdə, biz yalnız təbiət və dünyanı nəzərdə tutmamalıyıq. Dünya “ilk gündür”. Zaman dövr edir və növbə“sonuncu günə” çatır, dünya “getmək”, axirət isə “çatmaq” deməkdir.

İmam Əli (ə)-dan bu haqda nəql olunmuş hədislərdən birində belə buyurulur: “Dünya ötüb keçmək, axirət isə qalmaq mənzilidir.”

Dünyaya məna verən axirətdir. Çünki hərəkət və fəaliyyətə məna verən də məhz sonuncu məqsəddir. Əgərəbədi axirət dünyası olmasaydı, dünyanın heç bir məna və məfhumu olmazdı. O, heç bir mərhələləri keçmədənməqsədə çata bilməzdi. Belə olduqda, yaradılış puç və hədər sayılmalı idi. Amma bəşəriyyətə Allah tərəfindənpeyğəmbərlər göndərilmiş və bu həqiqətin mahiyyəti onlara bəyan edilmişdir. Peyğəmbərlər insanların dünya vətəbiət barəsində düçar olduqları səhv düşüncələri saf əqidə və təfəkkürlə əvəz edərək, onları haqqa hidayətetmişlər. Bütünlüklə olmasa da, Allaha iman gətirmiş şəxslərin etiqadlarının əsas hissəsini axirət gününə və əbədihəyata olan iman təşkil edir.

[1] “Hicr” surəsi, ayə: 29.

[2] “Nisa” surəsi, ayə: 97.

[3] “Səcdə” surəsi, ayə: 10-11.

[4] “Zümər” surəsi, ayə: 42.

[5] (Nəhl-32).

[6] (Yasin 26-27).

[7] (Ali-imran 169-170).

[8] (Muminun 45-46).

[9] (Ali-İmran-30.

[10] (Zilzal 6-8.

[11] (Kəhf-49.

[12] (Kəhf-108.

 

islammektebi.org


more post like this